Azərbaycanın ÜTT-yə üzvlüyünün uzanmasının əsas səbəbləri açıqlandı

“Onlar qarşımızda suallar, təkliflər qoyublar, amma biz hələ onlara cavab verməmişik”

Source:


“Onlar qarşımızda suallar, təkliflər qoyublar, amma biz hələ onlara cavab verməmişik”

“Azərbaycanın Ümumdünya Ticarət Təşkilata üzvlük məsələsi ona görə uzanır ki, biz onlara lazım olan sənədləri təqdim etməmişik”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini qeyd edib ki, ÜTT-nin öz qaydaları var: “Onlar qarşımızda suallar, təkliflər qoyublar, amma biz hələ onlara cavab verməmişik”.

M.Məmmədquliyev onu da əlavə edib ki, Azərbaycan ÜTT-lə danışıqlara hələ hazır deyil. “Bizim məqsədimiz ondan ibarətdir ki, əvvəlcə iqtisadiyyatımızı şaxələndirək, sonra da danışıqları intensivləşdirək”.

Ana səhifəXəbərlərAzərbaycanın ÜTT-yə üzvlüyünün uzanmasının əsas səbəbləri açıqlandı