Azərbaycanın üç klubundan ikisi Konfrans Liqası ilə vidalaşdı

Foto – “Aris” klubunun saytı

“Qarabağ”la “Neftçi”nin Avropa macərası davam edir

UEFA Konfrans Liqasında bu gün ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Macarıstanda keçirilən ilk oyunda “Fəhervar”a 1:4 hesabı ilə uduzan “Qəbələ” cavab görüşündə qələbə qazanıb. Amma Qəbələdəki matçda əldə olunan 2:1 hesablı qələbə “Qəbələ”nin Konfrans Liqasında mərhələ adlamasına bəs etməyib.

“Neftçi” Bakıda Kipr “Aris”i ilə üz-üzə gəlib. Kiprdəki oyunda 0:2 hesabı ilə uduzan Bakı təmsilçisini cavab oyununda ən azı üç top fərqi ilə qələbə qane edirdi. Əks halda, “Neftçi” Konfrans Liqasında mübarizəni dayandırmalı olacaqdı. “Ağ-qaralar” 3:0 hesablı qələbə qazanmaqla, növbəti mərhələyə vəsiqə əldə edib.

“Zirə” isə İsraildə Təl-Əviv “Makkabi”sinin qonağı olub. Bakıda rəqibinə 0:3 hesabı ilə uduzan “Zirə” səfərdə qolsuz heç-heçə edib. Bu isə komandanın Konfrans Liqası ilə vidalaşması deməkdir.

Beləliklə, Azərbaycan klublarından “Qarabağ” Çempionlar Liqasında, “Neftçi” isə Konfrans Liqasında yoluna davam edir.

Ana səhifəXəbərlərAzərbaycanın üç klubundan ikisi Konfrans Liqası ilə vidalaşdı