Azərbaycanın Ticarət Nazirliyi şəkər tozu məsələsində aldadılıb

Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsi

Məhkəmə ötən əsrin sonlarında baş vermiş hadisəni araşdırır

Bakı Ağır Cinayətlər Məhkəməsində İnterpol xəttilə Ukraynada tutulub Azərbaycana təhvil verilən Emil Xəlilovun məhkəməsi başlayıb. O, 1996-cı illərdə rəhbərlik etdiyi "AİA" firması ilə Azərbaycanın Ticarət Nazirliyinin "Azərbaqqaliyə" TTK-ı arasında bağlanmış müqaviləni pozub, dövlətin vəsaitini ələ keçirməkdə ittiham olunur.

İttihama əsasən, E.Xəlilov "Azərbaqqaliyə" TTK-a o vaxtkı Azərbaycan manatıyla 5 milyard 498 milyon 929 minlik şəkər tozu verməliydi. Pul ödənilsə də, şəkər tozu təhvil verilməyib.

E.Xəlilovun işi üzrə dövlət qurumundan başqa, bir neçə fiziki şəxs də zərərçəkmiş qismində tanınıb. İttihama əsasən, E.Xəlilov "Emil-96", "Titanus" və başqa firmaları vasitəsilə həmin adamlara da şəkər tozu gətirəcəyini vəd edərək aldadıb.

Dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyilə keçirilən prosesdə həmin zərərçəkmişlərdən biri - İbrahim Səfərov ifadə verib. O bildirib ki, RİÇ firmasının təsisçisidir. 1996-99-cu illərdə isə "Azərbaqqaliyə" TTK-dan bir neçə dəfə şəkər tozu alıb. Sonradan xaricdən şəkər tozu üçün pulu birbaşa E.Xəlilovun özünə verib:

"Emil Xəlilov da ölkəyə gətirdiyi malı "Azərbaqqaliyə" TTK-ya satırdı. Mən də qazancla birlikdə oradan götürürdüm. Lakin sonda aldadıldım".
İ.Səfərovun sözlərinə görə, köhnə Azərbaycan manatı ilə ona 675 min zərər dəyib. O, zərərin indiki məzənnə ilə hesablanıb ödənilməsini tələb edib.
Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.

İttihama əsasən, E.Xəlilov 1996-1999-cı illərdə hazırkı məzənnə ilə dövlətə və zərərçəkmiş fiziki şəxslərə ümumilikdə 3 milyon 381 min zərər vurub.
Lakin E.Xəlilov bununla razılaşmır. Məhkəmədə ittiham aktı elan olunarkən, o, özünü təqsirli bilmədiyini söyləyib.

E.Xəlilov Ukraynada saxlanılan ərəfədə bu ölkənin Baş prokurorunun müavini Yevgeni Yenin onu saxta sənədlərlə yaşamaqda, mütəşəkkil dəstəyə rəhbərlik etməkdə təqsirləndirmişdi. Onun sözlərinə görə, E.Xəlilov saxlandıqdan sonra ondan kriminal aləmin uraynalı üzvləri haqqında da vacib ifadələr alınıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8p7a8u

Ən çox baxılan