”Azərbaycanın sosial-iqtisadi göstəriciləri qonşu Gürcüstanla müqayisəyə gəlmir”

Nemət Əliyev: ”Azərbaycanda real əməkhaqqı 7 faiz azalıb”

Source:


Nemət Əliyev: ”Azərbaycanda real əməkhaqqı 7 faiz azalıb”

Neftlə, qazla xəngin olan Azərbaycanın sosial-iqtisadi göstəriciləri nəinki Pribaltika respublikaları, heç qonşu Gürcüstanla belə müqayisəyə gətirmək olmur.

Bunu Meydan TV-ə ölkədə yeni təsdiqlənən yaşayış minimumu haqqında danışan iqtisadçı Nemət Əliyev deyib.

Prezident İlham Əliyev dekabrın 26-da Azərbaycanda 2018-ci il üçün yaşayış minimumu haqqında qanunu

təsdiqləyib.

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.

Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

N.Əliyev qeyd edib ki, hətta Belarus, Qazaxıstan, Rusiya ilə müqayisədə də çox geriyə düşmüşük.

“Bu ilin yanvar-noyabr aylarında real əmək haqqı Belarusda 4,3 faiz artdığı halda, bizdə bu göstərici 7 faiz azalıb. Hətta ABŞ və Avropanın sanksiyaları ilə küncə sıxışdırılan qonşu Rusiyada real əmək haqqı göstəricisi 3,2 faiz yaxşılaşıb”.

Nemət Əliyev

İqtisadçı bildirir ki, əsas kapitala investisiya qoyuluşu üzrə bu üç ölkənin hər biri müsbət trend nümayiş etdirib. Lakin Azərbaycandakı əlverişsiz investisiya mühiti investisiya göstəricisinin ötən ilə nəzərən bu il daha da pisləşməsi ilə nəticələnib:

“Rusiya və Qazaxıstan da neft-qaz ölkəsidir. Ancaq sənaye istehsalı bu ölkələrdə (hətta Belarusda) artdığı halda, Azərbaycan sənayesi hələ də tənəzzül etməkdədir. Rusiya, Qazaxıstan və Belarusda da qiymətlər ötən ilə nəzərən artıb, lakin bizdə bahalaşma daha sürətli və daha miqyaslı olub.

Rusiya, Belarus və Qazaxıstan idarəçiliyi bu ölkələri ötən ilə nəzərən bir az da olsa, irəli apara bilib. Lakin Azərbaycan idarəçiliyi ölkəmizi geriyə atıb: ötən ilə nəzərən həm iqtisadiyyatımız kiçilib, həm də əhalinin həyat səviyyəsi pisləşib”.

Ana səhifəXəbərlər”Azərbaycanın sosial-iqtisadi göstəriciləri qonşu Gürcüstanla müqayisəyə gəlmir”