“Azərbaycanın sənaye məhsulu istehsalı kəskin azalıb”

“Ucuzlaşma onlara da təsir göstərib”.

Source: Specify Source


Nemət Əliyev: Bu göstəriciyə görə Azərbaycan MDB məkanında sonuncudur

Azərbaycan sənaye məhsulları istehsalına görə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri sırasında ən sonuncu yerə düşüb.

Məlumatı MDB Statistika Komitəsi

yayıb

.

Bildirilir ki, sənaye məhsulları istehsalı bu ilin iyun ayında maya nəzərən Qazaxıstanda 1,9, Rusiyada 2,4, Ukraynada 4,1, Belarusda 4,8, Ermənistanda 6,3, Azərbaycanda isə 7,3 faiz azalıb.

İqtisadçı Nemət Əliyev deyir ki, statistikaya baxanda adamda sual yaranır: Bəs iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sənayesinin inkişaf etdirilməsinə dair verilən “raportlar” harada qaldı? Nəticələr niyə bu dərəcədə bərbaddır?

“100 faiz əminliklə demək olar ki, son 25-30 ildə neft milyardlarının verdiyi imkanlar hesabına sənayedə düzgün diversifikasiya həyata keçirilməyib. Öz fəaliyyəti ilə ölkəni geriyə atan hökumətin durmağa, qalmağa və davam etməyə heç bir haqqı yoxdur”.

Nemət Əliyev
Nemət Əliyev

Nemət Əliyev deyir ki, bunu pandemiya dövründə neft satışının aşağı düşməsi və ucuzlaşması ilə əlaqələndirə də bilməzlər:

“Çünki Azərbaycan kimi Qazaxıstan, Rusiya da neft ölkəsidir. Ucuzlaşma onlara da təsir göstərib. Həmin ölkələr də pandemiyadan bizim kimi əziyyət çəkirlər. Amma bu ölkələrdə sənaye məhsulu istehsalı bizimki qədər aşağı düşməyib. Bizdə isə tənəzzül yaşanıb”.

2020-ci il üçün dövlət büdcəsində bir barel neft 55 dollar məbləğində hesablanmışdı. Hazırda dünya bazarında neftin bir barelinin qiyməti 45 dollar civarında dəyişir.

Odur ki, Prezident İlham Əliyev avqustun 12-də “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

Bu sənəddə Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 124 000,0 min manat, xərcləri 27 492 200,0 min manat təsdiq edilib.

Yeni təsdiqlənən sənəddə isə neftin 1 barelinin qiyməti 35 dollar götürülüb.

Ana səhifəİqtisadiyyat“Azərbaycanın sənaye məhsulu istehsalı kəskin azalıb”