Azərbaycanın özəl sektoru Gürcüstandan 2 dəfə az ixrac edib

2015-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 9,9 mlrd. təşkil edib. Bu, 2014-cü ildəkindən 13 faiz azdır

Source:


2015-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 9,9 mlrd. təşkil edib. Bu, 2014-cü ildəkindən 13 faiz azdır

.

Ötən il Gürcüstanın ixracı 2,2 mlrd. dollar (24 faiz azalıb), idxalı isə 7,7 mlrd. (10 faiz azalıb), mənfi ticarət balansı 5, 5 mlrd. təşkil edib.

Gürcüstanın ən iri ticarət tərəfdaşı Türkiyə (1, 5 mlrd.dollar) Rusiya (789 mln.) və Azərbaycan (783 mln. dollar) olub.

2015-ci ildə Gürcüstanın ixracının 12 faizini (271 mln. dollar) mis konsentratları, 9 faizini (95 mln. dollar) ferroərintilər, 8 faizini (180 mln. dollar) avtomobillər tutub. Gürcüstanın ən çox idxal etdiyi mallar isə dərman (10 faiz və ya 754 mln. dollar) və neft məhsullarıdır (9 faiz və ya 657 mln. dollar).

2015-ci ildə Azərbaycanın ticarət əməliyyatlarının həcmi 20 milyard 645 milyon 880.20 min ABŞ dolları təşkil etmişdir. Ötən il Azərbaycanın idxalı 9 milyard 221 milyon 402.86 min ABŞ dolları (2014-cü ilə nisbətən 0.36 % artmışdır), ixracı isə 11 milyard 424 milyon 477.34 min ABŞ dolları (2014-cü ilə nisbətən 47.66 % azalmışdır) olub. Azərbaycanın dövlət sektorunun ixracı 10,08 milyard dollar, özəl sektorun ixracı 1,12 milyard dollar, fiziki şəxslərin ixracı 223 milyon dollar təşkil edib.

Azərbaycanın dövlət sektorunun ixracı əsasən xam neft, neft məhsulları və qazdan ibarətdir. Gürcüstanın neft və qaz ixracatçısı olmadığını nəzərə alsaq, qonşu ölkənin ixracı ilə Azərbaycanın özəl sektorunun ixracı müqayisə oluna bilər. Gürcüstanın ixracı 2,2 mlrd. dollar olduğu halda, Azərbaycanın özəl sektorunun ixracı bundan 2 dəfə az -1,12 mlrd. dollar olub.

Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanın Gürcüstana ixracı 366 milyon dollar, idxalı isə 68 milyon dollar təşkil edib.



marja.az

Ana səhifəXəbərlərAzərbaycanın özəl sektoru Gürcüstandan 2 dəfə az ixrac edib