“Azərbaycanın narkotrafik məkanına çevrilməsi” adlı ictimai dinləmlər keçiriləcək

“Azərbaycan hakimiyyəti ictimai fəalları qondarma narkotik ittihamları ilə şərləmək və həbs etdirməklə məşğuldur”

Source:


“Azərbaycan hakimiyyəti ictimai fəalları qondarma narkotik ittihamları ilə şərləmək və həbs etdirməklə məşğuldur”

İyulun 30-da Milli Şura RATİ-nin mətbuat mərkəzində saat 12-də “Azərbaycanın narkotrafik məkanına çevrilməsi” ictimai dinləmələr keçirəcək. Şuradan Meydan TV-yə verilən məlumata görə, dinləmələr son zamanlar Gürcüstanda saxlanılan  3 ton heroinlə bağlıdır. Milli Şura hakimiyyət qarşısında tələblər səsləndiriləcəyini də istisna etməyib.

Qurumun yaydığı müraciətdə bildirilir ki, Azərbaycandan keçirilmiş nəhəng narkotik yükünün Gürcüstanda tutulması ölkəmizin ciddi narkotrafik məkanına çevrilməsi barədə növbəti xəbərdarlıqdır: “Bundan öncə də beynəlxalq hesabatlarda bu haqda fikirlər səsləndirilib. Hakimiyyətin bununla bağlı susması, narkotiklərin qanunsuz dövriyyəsi və trafiki ilə mübarizəni imitasiya etməsi, dövlət qurumlarında təmsil olunanların narkotrafikdə iştirakı ehtimalı problemin olduqca ciddi yönlərindən xəbər verir. Bilirsiniz ki, narkomaniya da ölkəmizdə sürətlə yayılmaqdadır. Bütün bu problemləri həll etmək əvəzinə, Azərbaycan hakimiyyəti ictimai fəalları qondarma narkotik ittihamları ilə şərləmək və həbs etdirməklə məşğuldur. Belə həbslər hətta Azərbaycandan keçirilmiş nəhəng narkotik yükünün Gürcüstanda tutulması kimi böyük biabırçılıqdan sonra da davam etdirilir. Milli Şura bu mövzuda ictimai dinləmə keçirir və orda hakimiyyət qarşısında tələblər səsləndiriləcək”.

Tədbirdə vətəndaş cəmiyyəti fəalları, siyasi partiya təmsilçiləri, ziyalılar və mətbuat təmsilçiləri iştirak edəcək.

Ana səhifəXəbərlər“Azərbaycanın narkotrafik məkanına çevrilməsi” adlı ictimai dinləmlər keçiriləcək