Ölən və yaralananların olduğu deyilir
Noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub.
Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Nazirlik bildirib ki, noyabrın 7-si axşam saatlarından başlayaraq 8-i saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələri fasilələrlə atəşə tutulub.
Eyni zamanda, döyüş əməliyyatlarının müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam etdiyi qeyd olunub:
“Keçən gün ərzində Ermənistan silahlı qüvvələri Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib”.