17.46.
Nikol Paşinyan keçmiş hərbiçiləri döyüşə çağırıb.
Xəbəri Rusiyanın" RİA Novosti" saytı yayıb.
"Ermənistan Baş naziri Paşinyan son bir ildə xidmətlərini başa vurmuş keçmiş hərbçiləri Qarabağda döyüşməyə çağırıb. Bu, Ermənistan Baş nazirinin sayca 3-cü səfərbərlik çağırışıdır", – xəbərdə deyilir.
***
17.21.
Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 ədəd tankı vurulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
***
17.03.
Hazırda Ermənistan silahlı qüvvələri Ağcəbədi və Beyləqan şəhərlərini atəşə tutur.
Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Nazirlik yaralıların olduğunu əlavə edib.
16.34.
Azərbaycanın Baş Prokurorluğu 27 sentyabrdan başlanan hərbi əməliyyatlarda ölən və yaralanan mülki vətəndaşlarının sayını açıqlayıb.
Baş Prokurorluq 25 mülki şəxsin həlak olduğunu, 127 nəfərin yaralandığını bildirib.
"56 mülki obyekt və 313 yaşayış evi yarasız hala düşüb”, – açıqlamada deyilir
.
***
13.23.
“Bərdə şəhərinə düşən mərmi nəticəsində 1 nəfər həyatını itirdi, yaralananlar var
Ermənistan ordusu növbəti dəfə ağır artilleriyadan Bərdə şəhərini atəşə tutub. Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələri mülki vətəndaş Şəhriyar Mehdiyevaya dəyib. O, həlak olub. Daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Məlumatı Azərbaycanın Baş Prokurorluğu yayıb.
“Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanın 24 mülki şəxsi qətlə yetiririlib, 121 nəfəri yaralanıb”, – məlumatda bildirilir.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 56, yaşayış evlərinin sayı isə 306-dır.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Azərbaycanın Xarici işlər nazirliyinin mətbuat katibi Leyla Abdullayeva son hadisələr çərçivəsində Ermənistan tərəfindən geniş şəkildə xarici terrorçu qüvvələr və muzdlulardan Azərbaycana qarşı istifadə olunduğu haqqında bəyanat səsləndirib:
Bu barədə mətbuat katibi oktyabrın 5-də keçirilən brifinqdə deyib:
“Yaxın Şərq bölgəsindən, xüsusilə də Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir”.
***
Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.
Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Müdafiə Nazirliyi bildirib ki, Ermənistandan Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir:
“Eyni zamanda, Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir. Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir”,-deyə nazirlik qeyd edib.
Müdafiə Nazirliyi bildirib ki, hazırda Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Bundan əlavə, oktyabrın 5-də səhər Gəncə şəhəri yeniən atəşə tutulub.
Oktyabrın 4-də isə Azərbaycanın Mingəçevir şəhərinə Ermənistan tərəfindən dörd ədəd “Toçka” qısamənzilli ballistik raket buraxılıb. İnfrastruktura ciddi ziyan dəyməyib, beş nəfər yaralanıb.
Bu barədə məlumat yayan Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, raket Mingəçevirdə enerji blokunun yaxınlığına düşüb:
“Ancaq partlamayıb. Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün sülhə məcburetmə davam etməlidir”.