Azərbaycanın Müdafiə Nazirliyi atəşkəsin yenə pozulduğunu deyir

İyulun 17-si saat 01 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atəşə tutduğu deyilir.

Foto: Müdafiə Nazirliyi

“Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub”

Ermənistan Silahlı Qüvvələrinin iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atəşə tutduğu deyilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat

yayıb

.

Nazirlik bu gün səhər saat 08:30-da Ermənistan Silahlı Qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığından Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutduğunu da bildirib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Ermənistan atəşkəsin pozulması haqda məlumat yaymayıb.

Son 3 gündür atəşkəsin pozulduğu barədə rəsmi qurumlar məlumat

yayır

.

Ana səhifəSiyasətAzərbaycanın Müdafiə Nazirliyi atəşkəsin yenə pozulduğunu deyir