Müəllif- Till Bruckner
Bu, Azərbaycan hökumətinin ARDNŞ vasitəsilə gizli şəkildə ABŞ qanunvericiliyinə təsir etmək üçün ictimai pulları necə sərf etməsi haqqında iki məqalədən ikincisidir. Xanım Brenda Şafferin enerji siyasəti sahəsində sözünü demiş alim və tez-tez sitatlar gətirilən ekspert kimi yüksəlişi Amerikanın xarici siyasətinin xarici agentlər tərəfindən manipulyasiyaya necə də həssas olduğunu göstərir.
Xarici rejim, eləcə də aşkar və gizli lobbiçilər şəbəkəsinin dəstəyi ilə və neft pulları sayəsində o, özünə akademik aləmdə ad qazandı. Öz növbəsində qazandığı adı Azərbaycanın gündəliyini Konqres qarşısında yürütmək, müxtəlif qəzet və jurnallarda məqalələrə imza atmaq, onlarla media çıxışları etmək, saysız-hesabsız araşdırma və beyin mərkəzləri tədbirlərində iştirak etmək və hətta elmi iş nəşr etmək üçün istifadə edib.
O, işinə hələ də davam edir.
Şaffer Konqresin Nümayəndələr Palatası qarşısında Beynəlxalq Əlaqələrlə bağlı ilk çıxışını 2001-ci ildə etdi. O, “Xəzər Araşdırmaları Proqramının direktoru və Harvardın Elm və Beynəlxalq İşlər üzrə Belfer Mərkəzinin post-doktorluq namizədi” kimi təqdim edilmişdir.
Millət vəkilləri qarşısında çıxışı zamanı, o, Azadlığa Dəstək Aktının Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişin aradan qaldırılmasını istədi. “Onlar ABŞ-a əl uzadıblar. Onların bu ölkənin siyasətinin əxlaq və yüksək ideallara əsaslandığına dair böyük gözləntiləri var “, deyərək, ifadəsini daha sonra yazılı şəkildə də təqdim etdi.
Azərbaycanda demokratiyanın vəziyyət
i
haqqında sorğu-suala tutulanda, xanım Şaffer cavab verdi: “demokratikləşmə baxımından inkişaf üçün yer var. Lakin, il ildən vəziyyət yaxşılığa doğru dəyişir. ”
Xanım Şafferin nitqini dinləyən millət vəkillərinin bilmədikləri məqam isə, onun Harvardda rəhbərlik etdiyi Xəzər Araşdırmaları proqramının Azərbaycan-Amerika Ticarət Palatası və Exxon, Mobil və Chevron kimi nəhənglər başda olmaqla regionda maddi maraqları olan neft və qaz şirkətləri tərəfindən ayrılan $1 million qrant əsasında təsis edilməsidir. Ticarət Palatasının idarə heyəti ARDNŞ-nin vitse-prezidenti (Dövlət Neft Şirkəti), BP və Chevronun lobbiçilərindən ibarət olan Azərbaycan yönümlü təzyiq qrupudur.
Xəzər Araşdırmalar Proqramının açılışı haqqında Ticarət Palatasının yayımladığı press-relizdə qeyd olunur ki, proqram məlumatlı siyasətin formalaşdırılması üçün çalışacaq. Eyni zamanda Kennedi dövlət
idarəçiliyi məktəbininin
yayımladığı press-reliz isə proqramın açılışınının Qraham Allisonun sədrliyi və o zamanlar ARDNŞ-in vitse-prezidenti İlham Əliyevin iştirakı ilə panelin təqdimatı ilə keçiriləcəyini qeyd etdi. Allison Harvardın ən nüfuzlu xarici siyasət beyin mərkəzlərindən sayılan Elm və Beynəlxalq İşlər üzrə Belfer Mərkəzinin o vaxtdan indiyə qədərki direktoru vəzifəsində çalışır. 2003-cü ildə, Əliyev atasının yerinə prezident kürsüsünə əyləşdi.
Baxmayaraq ki, vakansiya rəsmi şəkildə elan edilməmişdir, mərkəzin sözçüsünün dediyinə görə cənab Allison xanım Şafferi yeni proqramın direktoru vəzifəsinə onun bacarığına görə təyin etmişdir. O zamanlara aid vakansiyaların yerləşdirildiyi Harvard.edu serverində Avrasiyaya aid elmi və ya siyasi yönümlü Xəzər Araşdırmaları Proqramına aid bele bir iş elanı yerləşdirilməyib.
2000-ci ildə Azərbaycan-Amerika Ticarət Palatası tərəfindən təşkil edilən tədbirdə Allison Azərbaycanın o zamanki prezidenti Heydər Əliyevi təqdim etdi. Əliyev çıxışında “Mən Harvard Universitetində Azərbaycan və Xəzər ilə bağlı yeni kafedranın açılmasına çox sevinirəm. Mən Azərbaycan-Amerika Ticarət Palatasının bu işdə yardımı üçün minnətdaram.”
2014-ci ilin Dekabr ayına qədər, Allison, Kennedy Məktəbinin keçmiş dekanı, Palatanın Qəyyumlar Şurasının üzvü kimi onlayn siyahılarda qeyd edilib.
Alimin lobbiçilik qrupu ilə əlaqəsi haqqında sorğu-suala tutulan Belfer Mərkəzinin mətbuat xidmətinin rəhbəri cavabında dedi, “Grahamın adının siyahıda ABŞ-Azərbaycan Ticarət Palatasının Qəyyumlar Şurasının üzvü kimi çəkilməsi haqqında heç bir məlumatımız yox idi. Bu məqamı diqqətimizə çatdırdığınız anda Palata ilə əlaqə saxlayıb, adının siyahıdan çıxarılmasını xahiş etdik. Onlar da bunu etməyə dərhal razılaşdılar. Graham yalnız adı olan bu vəzifəsi qarşılığında heç bir kompensasiya almayıb, və sözü gedən təşkilat adından heç bir iş görməyib.”
Həmin günü Palata Allisonun adını veb saytlarından sildi.
Əlavə araşdırma nəticəsində Palatanın “Fəxri Sədri” olduğu ehtimal olunan Dr Don Stacynin, bir neçə ay əvvəl vəfat etdiyi ortaya çıxdı. Təşkilatın veb səhifəsinin iddia etdiyi kimi Henry Kissinger, Zbiqnev Bjezinski, James A. Baker III, Brent Scowcroft və Con Sununun da “Fəxri Müşavirlər Şurasının” üzvləri olduğu haqqında məlumatlı olub olmamağları naməlumdur. İddia təsdiqlənərsa, bu Palatanı Vaşınqtonda ən nüfuzlu əlaqələri olan xarici lobbi qrupların biri edəcək.
Ticarət Palatası, Azərbaycanın 501 (c) (6)qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçib. Bu isə öz növbəsində onun donorlar siyahısını ictimaiətdən gizli saxlamasına imkan yaradır. 2011-ci il vergi bəyannaməsində $ 100,000 “digər əmək haqqları” kimi qeyd olunub, lakin kimin və hansı iş müqabilində bu məbləği alması açıqlanmır. Nə 2011-ci nə də 2012-ci ilin dosyaları kənar şəxslər tərəfindən lobbiçilik fəaliyyəti üçün ödənişləri qeydə almayıb. “Palatanın vergi bəyənnamələrində mövcud idarəetmə sənədləri və maliyyə hesabatlarının arzu olunduqda ictimaiyyətə açıq olduğu iddia edilir. Lakin onların əldə edilməsi barədə hazırki icraçı direktoru Süsən Sadıqovaya elektron poçt vaxitəsilə ünvanlanan istəyi cavabsız qalıb.”
Azərbaycan Lobbiçilik Qruplarının strukturu və monitorinqi
Digər Azərbaycan lobbiçilik qrupları da məxfiliyi üstün tutur.
Konqres ilə möhkəm əlaqələri olan Azərbaycanın Dostları Assambleyası Daxili Gəlir Xidmətində biznes müəssisələrinə aid 501(c)(6) kateqoriyası altında qeydiyyatdan keçib. Eyni zamanda, keçmiş Indiana ştatının reppublikaçı millət vəkili Dan Burtonun başçılığı altında Azərbaycan Amerika Alyansı da sosial təminat təşkilatı qismində 501(c)(4) kateqoriyası altında qeydiyyatdan keçib. Bu cür qeydiyyat üsülu Alyansa imkan verir ki, donorları haqqında məlumatı ictimaiyyətdən gizli saxlasın, və eyni zamanda siyasi kampaniyalar və seçkilərdə iştirak etməklə və hətta fərdi namizədlərə dəstək göstərməklə qanunvericiliyə təsir etsin.
Bu qrupların ABŞ qanunvericiliyinə əsasən “xarici agentlər” kimi qeydiyyatdan keçməli olub olmadıqları aydın deyil. Azərbaycan Amerika Alyansı rəsmi qeydiyyata alınıb. Azərbaycanın Dostları Assambleyası isə hələki qeydiyyatda deyil, lakin bunu etməyi planlaşdırırlar.. Azərbaycan-Amerika Ticarət Palatası isə qeydə alınmayıb və bunu yaxın zamanda edeceyinə dair heç bir əlamət yoxdur.
“Bir çox qeyri-mənfəət təşkilatları vergidən azad hüquqi şəxslər, qeyri-mənfəət təşkilatları üçün heç bir istisna hallarının olmadığına təəcüb edirlər,” 2010-cu ildə baş verən qalmaqalı nəzərdə tutan iki hüquq ekspertləri qeyd ediblər. “… ” (Lobbiçilik qeydiyyat tələblərinə) uyğun şəkildə qeydiyyatdan keçməyənləri $ 10,000 civarında cərimə və ya beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutula bilər.”
Lakin deyilənə görə hansı növ fəaliyyətin qeydiyyatdan keçib keçməməli olduğunu müəyyən etmək asan deyil və Ədliyyə Nazirliyi də bu haqda çox az məlumat verir.
Azərbaycan-Amerika Ticarət Palatasının işi haqqında suallara, ekspert Ed Wilson cari qaydalar çərçivəsində təşkilatın qeydiyyatdan keçməli olmadığını vurğulayıb.
KİV Şafferin Azərbaycanla bağlı Səylərini Dəstəkləyib
Şaffer Xəzər Araşdırmaları proqramına 2005-ci ilədək rəhbərlik edib. O, idarəçiliyi dövründə International Herald Tribune və Jerusalem Post kimi aparıcı ABŞ və İsrail qəzetləri başda olmaqla 14 məqalənin müəllifidir.Məqalələrin əksəriyyəti Amerika siyasətçilərinin bölgəyə daha çox diqqət etmələrinə çağırıb. Məqalələrdən biri Amerika hökümətini mübahisəli Dağlıq Qarabağ məsələsinə maliyyə ayrılmasını dayandırmağa səsləyib.
2006-ci ilin May ayında jurnalist və lobbiçilik eksperti Ken Silverstein Harper Magazine-də çap edilən “Elm İşçiləri Tələb Olunur” adlı qısa məqaləsi ilə diqqəti cəlb etdi. O, görkəmli alimləri “[Xəzər] regionun hökmdarları adından intellektual akrobatika ilə” məşğul olmaqda ittiham edib. Şafferin fəaliyyəti xüsusilə sərt tənqidə tuş gəldi.
Silverstein Harvard və Azərbaycan-Amerika Ticarət Palatası arasında əlaqəni qeyd edib, Xəzər Araşdırmalar Proqramının təqaüdünün intellektual yetkinliyə malik olmadığını iddia edib. O, həmçinin Şafferin 2001-ci ildə Konqres qarşısında Azərbaycana qarşı sanksiyaların ləğvinə səsləməsini də aşkara çıxarıb.
O, məqalənin sonunda xəbərdarlıq edib: “Xəzər regionu ilə maraqlananlar, ehtiyatlı olun: Növbəti dəfə ” müstəqil ” amerikalı ekspertlərindən regionun hökmdarlarının necə mütərəqqi islahatlar aparması haqqında eşitdiyinizdə, həmin ekspertlərin nə dərəcədə etimadlı və həqiqətən də müstəqil olub olmamaqlarına fikir verin . ”
Növbəti ayda, International Herald Tribune Şafferin bu dəfə İrandakı etnik azərbaycanlılar və digər azlıqlar haqqında, artıq üçüncü məqaləsini çap etdi. Silverstein onu “muzdlu elm adamı: onun karyerasının lobbiçilik fəaliyyəti və Azərbaycanda yatırım edən Qərb neft şirkətləri tərəfindən maliyyələşməsini” irəli sürəndən sonrakı illərdə, Şaffer əlavə olaraq 13 məqaləyə imza atıb, onlardan 10-un Amerika mediasına aid olmaq şərtilə.
Amerikanın nüfuzlu KİV redaktorları Şafferin reputasiyası haqqında məlumatları yox idi, yoxsa heç maraqlanmırdılar da?
Mən New York Times, Washington Post, Reuters və Wall Street Journal redaktorlarına elektron poçtla müraciət edib, birgə çalışdıqları müəllifləri necə seçdiklərini sorğu-suala çəkdim. Eləcə də, hələ də onlayn olan Şafferin məqalələri altında kiçik izahatların əlavə edilməsini də tövsiyyə etdim.
Times tez bir zamanda izahat verdi: “Məqalədə Ermənistan və Azərbaycan arasında gərginlik haqqında yazının müəllifi Azərbaycan Dövlət Neft Şirkətinin müşaviri olduğunu açıqlamayıb. Digər müəlliflər kimi, yazıçı Brenda Şaffer də hazırki və ya potensial maraqların toqquşması barədə açıqlanma verməli olduğuna dair müqavilə imzaladı. Redaktorlar onun Neft Şirkəti ilə əlaqələrindən xəbərdar olsaydı, mütləq şəkildə bu məlumatın açıqlanmasında israrlı olardı. ”
Post-un redaktoru, Michael Larabee cavabında, “Biz bütün dərc olunacaq yazıçılardan əvvəlcədən maraqların toqquşması barədə soruşuruq.” Bununla da Post da bu məqama aydınlıq gətirdi.
Reuters onun 3 məqaləsini çapa buraxdı. Bunlardan ikisində Şaffer Corctaunda araşdırmaçı və Hayfa Universitetinin professoru kimi oxuculara təqdim olunmuşdur. Sonuncu məqalənin sonunda isə “Müəllif Reuters köşə yazarıdır. Fikirlər yalnız özünə aiddir” açıqlaması verilmişdir.
Məqalələrdən biri ABŞ siyasətçilərinə Suriya ilə bağlı tövsiyyələr verirdi. Texniki olaraq Suriya və İsrail müharibə şəraitində olmaqlarına baxmayaraq, oxuculara yazarın İsrail hökuməti komitəsinin üzvü olduğu bildirilməmişdir.
Reuters həmçinin Şafferin Azərbaycanda insan haqları haqqında yazısını da tirajladı. Bakıda rejim amansızcasına tənqidçilərini təqib edir; demokratiya uğrunda mübarizə aparan fəallar müntəzəm şəkildə döyülüb və ya absurd ittihamlarla həbsə atılır. Yalnız 2013-cü ildə ABŞ Dövlət Departamentinin məlumatına görə, Azərbaycanda insan hüquqlarının pozulması siyahısı genişlənmiş, bura etmədiklərini belə boyunlarına alsınlar deyə (təcavüz təhdidlər də daxil olmaqla) işgəncələrə məruz qalması, hərbi çağırışçıların döyülərək öldürülməsi, məhkumların “həyat üçün təhlükəli” şəraitdə saxlanması və s. daxil olmuşdur.
Şaffer alternativ perspektiv təklif edir: “İnsan hüquqlarının müdafiəsi … heç də hər zaman qeyri liberal rejimlər idarəçiliyi altında pozulmur. Bir çox yeni populist hökumətlər qadınların və azlıqların hüquqlarını tanımır …”
Reuters Şafferin digər maraqları haqqında bir aydınlıq gətirməkdən boyun qaçırıb.
Onun Journalda çap olunan rəyi eyni zamanda həm Fələstinə hücum etdi həm də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın rəqibi Ermənistan üçün dəstəyinin aradan qaldırılmasına çağırdı.
Qəzetin xəbərlər bölməsinin redaktoru, Judi Walsh elektron poçt vasitəsilə mənə bildirdi ki, o, Şafferin yazısının yayılmasına cavabdeh olan “məsul” redaksiya işçilərinə mənim açıqlama tələb etdiyimi çatdırıb.
Lakin heç bir düzəliş çap edilmədi. Əksinə, keçən ilin 30 noyabr tarixində Journal yenidən Şafferin yazısını dərc etdi. ” Bu dəfə onu Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmalar üzrə Corctaun Universitetinin Mərkəzində bir araşdırmaçı professor kimi təqdim etmişdir..”
Digər KİV nümayəndələri də Şafferi müstəqil ekspert kimi təqdim etməyə davam edirlər. Bloomberg Businessweek də onun Neft Şirkəti ilə əlaqələrini qeyd etmədən, Şafferdən sitatlar gətirib, neft təchizatçısı kimi Azərbaycanın necə güvəniləcək tərəfdaş olacağından bəhz edib. “Azərbaycanda müqavilələrin toxunulmazlığı çox ciddi qəbul olunur”, deyə o, BusinessWeekə bildirib. “Onlar heç vaxt enerji sahəsində beynəlxalq müqavilələri yenidən gözdən keçirməyiblər.”
Məsul redaktor Hellmuth Tromm izahat tələb edən e-poçtna cavab vermədi, və məqalənin ilkin versiyası onlayn qalmaqdadır.
National Public Radio-nun veteran jurnalisti Jackie Northam və London Times-ın Roger Boyes da yazılarında Şafferdən sitatlar gətirib.
Beyin Mərkəzləri
İllər boyu ARDNŞ-da məsləhətçi kimi çalışan, onlarla məqalə müəllifi Şaffer həm də Vaşınqtonda bir çox beyin mərkəzləri ilə də iş görmüşdür.
Məsələn 2013-cü ildə keçirilən, Beynəlxalq Sülh Naminə Karnegi Fondunun panelində iştirak edib, Azərbaycanın perspektivləri barədə danışıb.
Ən gülməlisi isə panelin Azərbaycanda 2013-cü il prezident seçkilərindən iki gün sonra keçirilməsi olub. Seçki komissiyası təsadüfən seçkilərə bir gün qalmış yekun nəticələri elan etmişdir. Bundan savayı heç bir sürpriz olmadı: böyük bir səs çoxluğu ilə İlham Əliyev qalib elan edildi.
ABŞ Dövlət Departamentinin rəsmi hesabatına görə, “… prezident seçkilərinin keçirilməsində seçki günü də daxil bütün mərhəhələrdə əhəmiyyətli nöqsanlara yol verildi. Bunlara seçki gününədək sürən siyasi zəmində represiyalar, namizədlərin seçki platformasından qeyri-bərabər istifadə haqqı, [və] repressiv siyasi mühitin yaradılması da daxildir.”
Karnegi tədbirindən audio yazıya əsaslanaraq qeyd edək ki, Şaffer Azərbaycanda keçirilən seçki proseslərərində baş alıb gedən saysız hesabsız nöqsanlara baxmayaraq, çıxışı zamanı cəmiyyətin nə dərəcədə açıq olmasından bəhs etdi. O, Azərbaycanın “azad mətbuatını”, keçirdiyi siyasi debatları, və onun “həqiqi” seçicilərinin olmasını yüksək qiymətləndirib. O, Azərbaycanda keçirilən şəffaf seçkilərin “demokratiyaya doğru atılan daha bir inamlı addım olduğuna ümid etdiyini bildirdi. ABŞ onların tərəfdaşı olduqda demokratikləşmə prosesi daha da sürətlə gedəcək …Həqiqətən də, Azərbaycanda demokratiya haqqında düşünürsünüzsə, o zaman onun tərəfində olun.. ona dost olun. ”
Qərbi Ontario Universitetinin professoru, beyin mərkəzləri sahəsində ekspert Donald Abelson qeyd edib ki, neytrallığı şübhə altında olan mütəxəsislərin bu cür panellərdə çıxış etməklərinin bir neçə səbəbi ola bilər. “Məsələn çıxış edən qonaqların qərəzli mövqeyi yanında tədbirin ev yiyəsi daha neytral görünə bilər. Daha bir səbəb isə bu cür qonaqların çıxışları adətən media diqqətini cəlb etməkdə yardım edib və müəyyən mənada qalmaqal yaratmasıdır. Səbəblərdən digəri kimi də dəvət olunan qonağın hər hansı bir sahədə həqiqətən də gözəl ekspert olması göstərilə bilər.”
Lakin, onun ARDNŞ-lə əlaqəsi məlum olandan sonra ABŞ mediasında fərqli olaraq, bəzi beyin mərkəzləri Şafferdən uzaqlaşdı. Məsələn öz saytında Şafferi ekspert kimi siyahılarına salan Vilson Mərkəzi, bir elektron poçtu vasitəsilə açıqlama verərək qeyd etdi: “Bizim veb səhifəmizdəki ekspert siyahısı bir qədər yanlış anlaşıla bilər. Xanım Şaffer Vilson Mərkəzi ilə əlaqəli deyil.”
Yalnız onun səsi yenə də eşidilir. Ən azı iki beyin mərkəzi onun töhfələrini öz veb səhifələrində yerləşdirmişlər. Onu akademik ekspert kimi qeyd etmək şərti ilə.
Xarici İşlərin Formalaşmasında Akademiyanın Rolu
Illər ərzində Şafferə etimadını əsirgəməyən akademik müəssisələr ona dəstək olmaqda davam edir. Siyasətçilər arasında güclü təsiri ilə tanınan Foreign Affairs nəşri Şafferin Azərbaycandan Avropaya qaz nəqli üçün təklif olunan boru kəməri haqqında fikirlərini dərc etmişdir: “Bu layihə kömür sənayesini daha da sıxışdırmağa yardım etməklə yanaşı karbon emissiyalarının azalmasına səbəb olaraq ətraf müfitin təmizlənməsinə də təsir edəcək … Avropanın şərq qaz boru kəmərlərinin sayının artırması səyləri qitənin enerji problemlərini aradan qaldırmaq üçün yaxşı bir başlanğıc ola bilər … və ümidvaram ki, Amerika Birləşmiş Ştatları Avropanı enerji ilə təchiz etdiyi halda, bu əlavə təchizatın Avropaya nə dərəcədə mənfəətli olub olmadığını müəyyənləşdirənə qədər təchizati yavaşlayacaq. ”
Jurnalın redaktoru Şafferin maraqlarının toqquşması məqamı ilə bağlı elektron poçtuna ünvanlanan suallarımızı cavabsız qoydu.
Şafferin Bakıdakı əlavə işini ictimaiyyətə açıqlayan müxbir, Twitter kampaniyası ilə onun ARDNŞ-lə əlaqəsinin açıqlanmasını Corctaun Universitetinin Rusiya, Avrasiya və Şərqi Avropa Araşdırmalar Mərkəzindən tələb etdi.
Universitetdən heç bir reaksiya gəlmədi, və Şafferin onlayn profilində onun kommersiya maraqlarına dair hələ də heç bir istinad yoxdur. Universitet həmçinin bu yaxınlarda Şafferin profilində son ictimai şərhlərini əks etdirən “xəbərlər” bölməsini də əlavə etdi. 2014-cü ilin yalnız dekabr ayı ərzində Şaffer Fox Biznes və Əl-Cəzirə Amerika vasitəsilə TV ekranlarında çıxış etdi və Jerusalem Post, London Times, The Australian, NPR və Foreign Policy nəşrlərində enerji məsələləri üzrə fikirlərini paylaşdı. (Ondan yalnız bir həftə əvvəl, Foreign Policy nəşri Şafferin ARDNŞ-lə bağlantısını qeyd edən fərqli bir müəllif tərəfindən Azərbaycanın lobbiçilik səylərinə aid bir məqalə də çap edib.)
Bəzi alimlər kənar maliyyə dəstəyin müstəqil təqaüdçüləri şübhə altına salmamalı olduğu haqda xəbərdarlıq edir. European Journal of International Security nəşrinin redaktoru, Böyük Britaniyalı Professor Timoti Edmunds bunları söylədi: “Bir çox alimlər xaricdən maliyyə dəstəyi alır. Əsl sual bu dəstəyin nə zaman maraqların toqquşmasına çıxaracağıdır. Bunlar da öz növbəsində peşəkarlıq və etimad məsələləridir. Bu kimi halların qarşısını almaq üçün maddi maraqları ictimailəşdirmək, bunu gizlədənlərə qarşı isə müvafiq sanksiyalar tətbiq etmək lazımdır. ”
Şaffer kənardan maliyyələşmə ilə maraqlar toqquşması ilə arasındakı cizgiləri keçdiyini danır.
2014-cü ilin Oktyabrında, Kolumbiya universitetinin keçirdiyi ictimai müzakirə zamanı Şaffer paneli ARDNŞ nümayəndəsi ilə paylaşdı. İştirakçılardan biri çıxış zamanı onun dövlət neft şirkəti ilə əlaqəsi barədə Şafferi sorğu-suala tutdu və onun Konqres qarşısında çıxışı zamanı onların da bu münasibətlər haqda xəbərdar olub olmaması ilə maraqlandı. Gərgin mübadilədən sonra Şaffer onun elmi araşdırmalarının müstəqilliyinin şübhə altında olmamasını qeyd etdi və israrla ” tələbələrim mənim masanın hər tərəfdə olduğumdan yalnız və yalnız faydalanırlar” dedi.
Elektron-poçt mübadiləsidə, bir neçə regional ekspert keçmişdə də Şafferin gəldiyi qərəzli nəticələrin aşkar edildiyini bildirdi. 2005-2006-cı illərdə Fulbright təqaüd proqramı ilə Azərbaycanda araşdırma aparan və hələdə orada baş verən hadisələri yaxından izləyən Mənuçöhr Şiva qeyd edib ki, “Akademik aləmdə onun işləri çox da akademik sayılmır.”
Corctoun Universiteti şurasına ARDNŞ məsləhətçisi dəvət etdiyində daha ehtiyatlı olmalıdırmı?
“Sponsor təşkilat Şaffer kimi halların qarşısını almaq üçün bir məsuliyyət daşımalıdır” deyə Xarici Siyasət Elmi Tədqiqat İnstitutunun işçisi Cerald Robbins bildirib. Eyni zamanda o, xəbərdarlıq da etdi ki, Akademik şəffaflıq və intellektual azadlıq kimi məsələlərə gəldikdə düzgünlük anlayışı bir qədər mürəkkəb xarakter daşıyır. Sözsüz ki, bu bir etik məsələdir və onun heç də birmənalı həlli yoxdur.”
Bundan əlavə, Şaffer həqiqətən də bir çox nüfuzlu elmi işlərə imza atıb. Məsələn, universitet mətbuasında kitab nəşr edib, bir çox elmi məqalələrin müəllifidir və elmi akademiyanın fəal üzvüdür. Onun bəzi kitablarının tənqidə məruz qalmasına baxmayaraq, bu özü özlüyündə şübhə doğuracaq məqam deyil.
Ən maraqlısı odur ki, Şafferin elmi dərəcəsi onun nəşr olunmasına sözsüz ki, yardım edib, eyni zamanda da elmi məqalələrinin işıq üzü görməsi də onun akademik nəaliyyətlərinə tövhəsini verib. Həmin məntiq onun Konqres qarşısında çıxışlarında da öz əksini tapıb. O, 2001-ci ildə Konqres qarşısında ilk dəfə çıxdığı zaman millət vəkillərinə bildirilib ki, “professor Şaffer International Herald Tribune və Boston Globe kimi nəhəng jurnallarda məqalələri dərc edilib.”
Yekunlaşdırmaq üçün qeyd edim ki, ARDNŞ Harvardda program maliyyələşdirməklə Şafferə akademik aləmdə ad qazandırdı, bu ad onun üzünə media qapılarını açdı. Bu da öz növbəsində – bəlkə də Azərbaycanın dostlarının bir az köməyi ilə onun Konqresə qapılarını açdı.
Xülasə, onun Corctaundakı şöbəsinin ana səhifəsidə ” CERES Araşdırmaçı Şafferin” Konqres qarşısında ifadəsinə yönələn link öz əksini tapıb. Həmçinin onun profil səhifəsində bütün məqalələri və son media çıxışlarının siyahısı da yerləşdirilib. Eyni zamanda, universitetin veb sahifəsində “Media: mövzu ilə bağlı ekspert tap” səhifəsində Azərbaycan və enerji ilə bağlı suallarla Brenda Şafferlə əlaqə saxlamaq tövsiyyə edilir.”
Aydın olur ki, Vaşınqtonda media, beyin mərkəzləri, akademiya və siyasi fəallıq ad qazandırır, lakin etimadlılığa çox da fikir verilmir.
[Till Bruckner siyasi tədqiqat sahəsində düzgünlüyü təbliğ edən Transparify üçün Konsultant Menejer vəzifəsində çalışır. Burada qeyd edilən bəzi materiallar onun Transparify üçün gördüyü iş zamanı toplanmışdır. Lakin ifadə olunan bütün fakt və fikirlər tamamilə onun özünə aiddir. Onun nə Ermənistan nə də Azərbaycanla heç bir maliyyə və ya ailə əlaqələri yoxdur.]