“İstirahət mərkəzinin bərpasına 2,3 milyard rubl lazımdır”
2017-ci ilin aprelində Azərbaycanın əfsanəvi Sovet sanatoriyası “Akademiçeskaya”ya vəsait yatırmağı qərara aldığı bildirilir. Bununla bağlı razılaşmanın Stavropol qubernatoru Vladimir Vladimirovla Azərbaycan prezidenti İlham Əliyevin görüşündə əldə olunduğu deyilir.
Rusiyanın stav.kp.ru saytı yazır ki, 1994-cü ildə bağlanmış “Akademiçeskaya”nın yenidən qurulmasına 2018-ci ildə başlanacaq. Tam bərpa üçün 2,3 milyard rubl lazımdır.
Kislovodsk meri Aleksandr Kurbatov bildirib ki, sağlamlıq ocağının yenidən qurulması üzrə birgə iş barədə saziş diyar hökuməti, şəhər administrasiyası və investor şirkət arasında bağlanıb:
“Artıq “Akademiçeskaya”nın federal balansdan diyarın balansına verilməsi prosesi başlanıb. İrimiqyaslı yenidənqurma işlərinin nəticəsində sanatoriyanın korpuslarının tutumunun 350 yer artırılması planlaşdırılır”.