“Struktur islahatlarının tempi və səmərəliliyi aşağıdır”
Azərbaycanın illik kredit reytinqi “neqativ” qalıb.
Bu barədə Standard & Poor’s beynəlxalq reytinq agentliyinin hesabatında deyilir. Hesabatda Azərbaycanın xarici və milli valyutadakı uzunmüddətli kredit reytinqi “BB+/B” səviyyəsində qiymətləndirib.
Agentlik Azərbaycanda institusional sistemin səmərəsiz olduğunu qeyd edir:
“Bundan başqa, iqtisadiyyat əvvəlki kimi zəif xarici iqtisadi şəraitə uyğun korrektə olunur. Tədiyə balansına təzyiq isə qalır”, – deyə hesabatda bildirilir.
Agentliyin ekspertləri bildirir ki, ARDNF-də xarici valyuta ehtiyatının çox olması ilə bağlı hökumətin fiskal mövqeyi güclüdür.
“Neqativ” proqnoz yaxın 6-12 ayda xarici iqtisadi göstəricilər və iqtisadi artımın zəif olacağı riskini əks etdirir.
“O həmçinin bank sektoru üçün risklərin mümkün güclənməsi və ya siyasi səbəbdən xərclərin saxlanmasının problemli olması nəticəsində hökumətin fiskal çevikliyinin azalmasını əks etdirir”, – deyə hesabatda bildirilir.
Agentliyin ekspertlərinin fikrincə, neftin daha ucuz və ya dəyişən qiyməti şəraitində Azərbaycan iqtisadiyyatı üçün iqtisadi proqnoz hökumətin islahatlar proqramı, o cümlədən biznes mühitin yaxşılaşdırılması, qeyri-neft-qaz sektoru ilə bağlı olmayan iqtisadi şaxələndirmə ilə müəyyən ediləcək.
“Hazırda struktur islahatlarının tempini və səmərəliliyini çox aşağı hesab edirik”, – deyilir.
Mənbə: Turan