Azərbaycanın iki hərbi qulluqçusu həlak olub

Müdafiə Nazirliyi hərbçilərin qəzaya düşdüyünü deyir

Source: Meydan


Müdafiə Nazirliyi hərbçilərin qəzaya düşdüyünü deyir

Azərbaycan ordusunun hərbi qulluqçuları həlak olub. Müdafiə Nazirliynin yaydığı məlumata görə, avqustun 13-də axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində hərbi qulluqçular – leytenant Eldar Müşfiq oğlu Həsənli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Anar Müstəqim oğlu Cəfərov həlak olub.

Nazirlik faktla bağlı araşdırma aparıldığını deyir.

Ana səhifəXəbərlərAzərbaycanın iki hərbi qulluqçusu həlak olub