Azərbaycanın Finlandiya, İsveç və Norveç Krallıqlarındakı səfiri geri çağırıldı

Prezident sərəncam imzalayıb

Source:


Prezident sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanın Finlandiyada, İsveç və Norveç Krallıqlarında fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədovun geri çağırılması haqqında sərəncam imzalayıb.

Noyabrın 10-da isə Norveç hökuməti Azərbaycandakı səfirliyinin bağlanması haqqında qərar qəbul edib. Norveç XİN başçısı Eriksen Soreyde qərarı şərh edərkən bildirib ki, iki ölkə arasında münasibətlər Norveçin Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda baş konsulluq fəaliyyət göstərəcək.

Bununla belə, rəsmi Oslo Gürcüstanda səfirlik açılması barədə qərar qəbul edib. Bu qərarı şərh edən Soreyde bildirib ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır.

Bu zaman o qeyd edib ki, Gürcüstanda həyata keçirilən islahatlar onu “Avropa qurumları və Avroatlantik qurumlarla yaxınlaşdırıb”. Adış Məmmədov 2013-cü il 12 avqust tarixində Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

Ana səhifəXəbərlərAzərbaycanın Finlandiya, İsveç və Norveç Krallıqlarındakı səfiri geri çağırıldı