İlham Məmmədov yeni səfir təyin edilib
Həsən Zeynalov Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb.
Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 28-də
sərəncam
imzalayıb.
Prezidentin digər
sərəncam
ı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Həsən Zeynalov 2015-ci ildən Azərbaycanın Türkmənistanda və Əfqanıstan İslam Respublikasında səfiri vəzifəsində çalışır.
O, 1992-2004-cü illərdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi nümayəndəsi, 2004-2010-cu illərdə Türkiyənin Qars, ardınca İstanbul şəhərində Azərbaycanın Baş konsulu, 2010-2015-ci illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi olub.