Azərbaycanın daha bir peyki orbitə buraxılıb

Peykin xərci 190 milyon dollar təşkil edib

Source:
Azerspace
Azerspace


Peykin xərci 190 milyon dollar təşkil edib

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. “Azərtac” agentliyinin məlumatına görə, “Azerspace-2” peyki orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə göndərilib.

“Azerspace-2” peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.

“Azerspace-2” peykinin istismar müddəti 20 ildir.

“Azərkosmos” ASC-nin məlumatında deyilir ki, “Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinə satılıb və bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək.

Məlumata görə, ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Bu orbitə buraxılan üçüncü Azərbaycan peykidir. İlk peyk 2013-cü il fevralıln 9-da orbitə buraxılıb və 233 milyon dollara başa gəlib. 2014-cü il iyununda orbitə “Azersky” peyki buraxılıb.

Natiq Cəfərli
Natiq Cəfərli

Meydan TV-ə danışan iqtisadçı Natiq Cəfərli sual edib ki, bu günə qədər buraxılan iki peykin ölkəyə xeyri nə olub, bunun hesabatını verən olubmu?

“Hər peyk 230-250 milyon dollara başa gəlir. İldə hər peykin əməliyyat xərci 5-10 milyon manat arasıdır. İlk peyk ildə cəmi 10 milyon dollar gəlir gətirirdi. Onun orbitdə qalma zamanı 12-15 il arasıdır. Sonra orbitdən çıxır, yanıb kül olur. Deməli, hər peyk büdcədən aşağısı, 100 milyon dollar səmada yandırmaqla məğuldur. Heç kim də çıxıb bunun hesabatını vermir”.

Onun sözlərinə görə, bu peyklər hərbi məqsəd daşıdaydı, yenə anlamaq olardı, bu günə qədər peyklərlə bağlı ən “effektiv” əməliyyat o olub ki, Şəkidə 300 hektar istifadə olunmayan əkin sahəsi

“tapıb”:

“Şəkidə çobanlardan birinə 100 manat versəydilər istifadə edilməyən 500 hektar torpağın yerini Azərkosmosa deyərdi. Bunun üçün peykə gərək vardımı?”

Ana səhifəXəbərlərAzərbaycanın daha bir peyki orbitə buraxılıb