Babək Əliyevin mina partlaması nəticəsində həlak olduğu bildirilir
Avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin həlak olduğu deyilir.
Babək Əliyevin Kəlbəcərdə mina partlaması nəticəsində öldüyü qeyd olunub.
Məlumatı Müdafiə Nazirliyi yayıb.
“Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində Babək Əliyev şəhid olub”, – deyə nazirlik qeyd edib.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
B.Əliyev 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndində doğulub.
Bu gün Laçın rayonunda Azərbaycan ordusunun 2 əsgəri həlak olub.
Müdafiə Nazirliyi bildirib ki, çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası hərbi qulluqçuların – əsgərlər Samir Xudiyevin və Tahir Əliyevin üzərinə düşüb:
“Onların hər ikisi həlak olub”.