Azərbaycanın da adı hallandığı qalmaqallı bankın keçmiş rəhbəri intihar edib

Bankirin meyiti evinin həyətindən tapılıb

Source: Meydan TV


Bankirin meyiti evinin həyətindən tapılıb

Estoniyanın polis departamenti “Danske Bank”ın Estoniya şöbəsinin keçmiş Baş direktoru Ayvar Rehenin intihar etdiyini bildirib.

Polis departamenti bildirib ki, Ayvar Rehenin cəsədi onun evinin arxa həyətində

tapılıb.

Keçmiş bankirin sentyabrın 23-dən itkin düşdüyü bildirilirdi və cəsədi sentyabrın 25-də tapılıb.

Polis bildirib ki, hadisə yerində tapılanlar Ayvar Rehenin məhz intihar etməsini deməyə əsas verir.

Ayvar Rehe 2006-2015-ci illərdə Danimarkanın ən böyük bankı olan “Danske Bank”ın Estoniya şöbəsinə rəhbərlik edib. Danimarkalı müstəntiqlər 2018-ci ildə müəyyən ediblər ki, məhz bu dövrdə şöbənin müştəriləri ümumi 224 milyard dollar həcmində şübhəli tranzaksiyalar həyata keçiriblər.

Londonda dərc edilən “The Financial Times” qəzeti “Promontory Financial” konsaltinq şirkətinin ilkin hesabatına istinadən 2018-ci ilin sentyabrında bildirib ki, təkcə 2013-cü ildə bu bank şöbəsindən rusiyalılara və ya keçmiş SSRİ ölkəsindən olan insanlara məxsus 30 milyard dollar

keçib.

Cinayət işi çərçivəsində 2018-ci ildə bankın 10 əməkdaşı

saxlanılıb

və 2019-cu ildə onlara “çirkli pulların yuyulmasında” iştirakla bağlı rəsmi ittiham irəli sürülüb. Estoniya prokurorluğunda bildiriblər ki, Ayvar Rehenin özü cinayət işinə şübhəli şəxs kimi cəlb edilməmişdi.

“Danske Bank” qalmaqalında Azərbaycanın da adı hallanır. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) çərçivəsində aparılmış araşdırmada iddia olunurdu ki, “Danske” bankının Estoniya filialı Britaniyada qeydiyyatdan keçmiş dörd firmanın hesablarını idarə edib. Azərbaycan elitası həmin hesablar vasitəsilə avropalı siyasətçilərə lobbiçilik məqsədilə pul, bahalı hədiyyələr verib, pul

yuyub.

Ana səhifəXəbərlərAzərbaycanın da adı hallandığı qalmaqallı bankın keçmiş rəhbəri intihar edib