”Azərbaycanın borc balansı hökumətin dediyi kimi sabit deyil”

Beynəlxalq Valyuta Fondu son icmalında Azərbaycanın ÜDM-nin ilin sonu üçün 35,7 milyard dollar (57,8 milyard manat) olacağını bildirir

Source:

Beynəlxalq Valyuta Fondu son icmalında Azərbaycanın ÜDM-nin ilin sonu üçün 35,7 milyard dollar (57,8 milyard manat) olacağını bildirir.

“Turan” yazır ki, ümumi dövlət borcu ÜDM-in 39,6 faizi və ya 14 milyard dollar 137 milyon gözlənilir. Bu, valyuta ehtiyatlarından 3,5 dəfə (1 oktyabr üçün AMB-nin məlumatına görə, 4 milyard dollar 132,7 milyon) çoxdur.

Azərbaycan hökuməti ümumi borcun 12-13 faiz olduğunu, beynəlxalq maliyyə strukturlarının ölkəyə əlavə kredit vermək imkanını bəyan edir.

Oktyabrın 1-i üçün ÜDM 43 milyard 436,3 milyon manat (mənfi 3,9 faiz) olub.

Dövlət Statistika Komitəsi azalmanı tikintidə həcmin düşməsi ilə izah edir. Ekspertlər hesab edirlər ki, bu, belə deyil – rekord 2014-cü ildə neft ixracı sayəsində göstərici 75 milyard dollar 188 milyon idi. İki dəfə devalvasiya “sayəsində” isə manat iki dəfə qiymətdən düşüb.

Ana səhifəXəbərlər”Azərbaycanın borc balansı hökumətin dediyi kimi sabit deyil”