Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi başladı

Emin Eyyubov: “Azərbaycan Avropa Şurasının üç əsas ölçüsünə – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək göstərəcək”

Source:


Emin Eyyubov: “Azərbaycan Avropa Şurasının üç əsas ölçüsünə – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək göstərəcək”

Mayın 14-də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində altı ay müddətinə sədrliyi başlayır. Bununla bağlı Strasburq meriyasında mərasim keçirilib, tədbirdə Azərbaycanın dövlət bayrağı qaldırılıb.

Avropa Şurası baş katibinin müavini Qabriella Battani Draqoni ümidvar olduğunu bildirib ki, Azərbaycan sədrlik müddətində korrupsiyaya qarşı mübarizədə nümunə olacaq, qonşuluğun və mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini davam etdirəcək.

Azərbaycanın Avropa Şurasındakı nümayəndəsi Emin Eyyubov ölkənin təşkilatda sədrliyini Azərbaycan üçün mühüm hadisə adlandırıb. O bildirib ki, mayın 14-dən noyabrın 14-dək olan sədrlik müddətində Azərbaycan Avropa Şurasının üç əsas ölçüsünə – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək  göstərəcək, bu dəyərlərin irəliləməsinin təşviqi üzrə səylərini artıracaq.

Azərbaycan insan hüquqları və fundamental azadlıqların təminatı sahəsində ciddi problemlər fonunda sədrliyə başlayıb.

Hüquq-müdafiə təşkilatlarının rəylərinə görə, ölkədə 130 siyasi məhbus var, müstəqil QHT-lərin fəaliyyət sahəsi məhdudlşdırılıb, faktiki olaraq mitinq və piketlərin keçirilməsinə qadağa qoyulub.

Bununla yanaşı, vətəndaş cəmiyyətinin təmsilçiləri ümid edirlər ki, qarşıdakı həftələrdə, mayın üçüncü ongünlüyündə AŞPA həmməruzəçilərinin, AŞ baş katibinin səfərləri, Azərbaycanda Assambleyanın Daimi Komitəsi və Büronun iclaslarının keçirilməsi, həmçinin iyunun əvvəlində AŞPA-nın sessiyası ərəfəsində bu problemlərin qismən həlli ilə bağlı addımlar atılacaq.

Ana səhifəXəbərlərAzərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi başladı