Azərbaycanın AŞPA-da nümayəndə heyətinə yeni iki üzv təyin edilib

Məmməd Əmin Rəsulzadəni təhqir edən deputat Azərbaycanı AŞPA-da təmsil edəcək

Source:
Çingiz Qənizadə və Naqif Həmzəyev
Çingiz Qənizadə və Naqif Həmzəyev


Məmməd Əmin Rəsulzadəni təhqir edən deputat Azərbaycanı AŞPA-da təmsil edəcək

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin boşalan 2 yerinə təklif olunan namizədlərin adları təsdiqlənib.



APA

” Milli Məclisə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə deputatlar Naqif Həmzəyev və Çingiz Qənizadə daxil edilib. Hər iki deputatın qurumun iyunun sonunda keçiriləcək yay sessiyasında iştirakı gözlənilir.

AŞ PA-nin nümayəndə heyətinin üzvləri Rövşən Rzayev və Vüsal Hüseynov müvafiq olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri və Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.

Yeni təyin olunan deputatlardan Naqif Həmzəyev, deputat seçildiyi ilkin zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsuilzadəni təhqir etməsi ilə yadda qaldı.

Mayın 16-da

AŞPA Prosedur Qaydaları Komitəsi

nin dörd deputata qarşı sanksiyalar tətbiq edib.

Siyahıya Azərbaycanın AŞPA parlament nümayəndə heyətinin sədri Səməd Seyidov, AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, qurumun keçmiş prezidenti Pedro Aqramunt (İspaniya), Azərbaycan üzrə məruzəçi və seçki müşahidəçiləri Cezar Florin Preda (Rumınya) və Xordi Xukla (İspaniya) daxil ediliblər. deputatlar heç bir mövzu, ölkə üzrə məruzəçi, AŞPA komitəsinin və ya sub-komitənin sədri və sədr müavini ola bilməzlər. Eyni zamanda, AŞPA-nın prezidenti vəzifəsinə namizədliklərini irəli sürə bilməzlər: Onlar Avropa Şurasını və onun komitələrini heç bir tərəf qarşısında təmsil edə bilməzlər. Bundan əlavə bu deputatların Nazirlər Komitəsinə sual vermək hüquqları əllərindən alınır. Məhdudiyyətlər Pedro Agramunta 10 il, digər 3 nəfərə 2 il müddətində şamil olunacaq.

Bundan əvvəl, 2016-cı ilin dekabrında

Avropa Sabitlik Təşəbbüsü

(European Stability Initiative) “Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırmasını dərc edib. Araşdırmada Rəsmi Bakının maraqlarının fəal lobbiçiləri arasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xalq Partiyasından olan qrup sədri, İtaliya prokurorluğu tərəfindən məsuliyyətə cəlb edilmiş italiyalı parlamentari Luka Volontenin (Luca Volonte) adı çəkilir.

Hesabatda Azərbaycannın AŞPA nümayəndə heyətində olan iki üzvü Elxan Süleymanov və Müslüm Məmmədov avropalı deputatlara rüvşət verməkdə ittiham edilirdilər. 2018-ci ilin yanvarında Milli Məclis rəhbərliyinin qərarı ilə adıçəkilən şəxslər nümayəndə heyətindən çıxarıldılar.

Ana səhifəXəbərlərAzərbaycanın AŞPA-da nümayəndə heyətinə yeni iki üzv təyin edilib