“S
ə
rh
ə
dsiz Reportyorlar”: “Prezident
İ
lham
Ə
iyevin vaxta
şı
r
ı
ə
fv f
ə
rman
ı
he
ç
kimi aldatmamal
ı
d
ı
r”
Azərbaycanda aparıcı müstəqil qəzetlərdən biri olan “Zerkalo” nəşrini dayandırmalı olub, çünki reklam bazarı və qəzet yayımı üzərində dövlət nəzarəti onu gəlirdən məhrum edib.
Bu barədə “Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə mərkəzinin məlumatında deyilir.
Hazırda Azərbaycanda müstəqil çap KİV-i hökumətin iqtisadi siyasəti nəticəsində məhv olmaq üzrədir. Bu siyasətin sərtləşdirilməsi davam edir.
Hazırda müstəqil KİV faktiki olaraq reklamçılarla əlaqə yaratmaq imkanlarından məhrumdur, belə ki, dövlət orqanları reklam bazarına nəzarət edir.
2011-ci ildə Bakıda qəzetlərin küçə satışı qadağan edilib, bəhanə də bu olub ki, guya nəqliyyata maneçilik törədirlər. “Qasid” qəzet köşkləri tədricən yığışdırılıb və ya yeniləri ilə əvəzlənib. Bu köşklərdə isə müstəqil nəşrlər satılmır. Nəhayət, 2013-cü ildə metroda qəzet satışı qadağan edilib.
“Zerkalo” qəzetinin üzləşdiyi iqtisadi çətinliklər hakimiyyətin strategiyasının reallaşmasının nəticəsidir” – təşkilatın Şərqi Avropa şöbəsinin rəhbəri Yohann Bir deyib.
“Hakimiyyətin hərəkəti öz “bəhrə”sini verir və Azərbaycanda KİV-də plüralizm getdikcə azalır.
Biz hakimiyyəti yayım sistemində islahatlar aparmağa və reklam bazarında manipulyasiyaya son qoymağa çağırırıq”, o qeyd edib.
Bundan əvvəl ölkənin digər aparıcı qəzeti “Azadlıq” zərər və cərimələrə görə buraxlşılını dayandırmalı olmuşdu. 9 mln. əhalisi olan ölkədə müstəqil mətbuatı barmaqla saymaq olar.
Nəzərə alsaq ki, hökumət KİV plüralizmini məhv etmək planını həyata keçirir, o zaman prezident İlham Əiyevin vaxtaşırı əfv fərmanı heç kimi aldatmamalıdır. Belə ki, mayın sonunda əfv edilən 171 adamın arasında iki jurnalist olub. Ən azı səkkiz jurnalist indiyədək həbsdədir.
Hakimiyyətin son qurbanı “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov olub. O, aprelin 19-da uydurma casusluq ittihamı ilə həbs olunub.
Azərbaycan mətbuat azadlığının səviyyəsinə görə 180 ölkə arasında 60-cı yeri turur və eyni zamanda mayın 14-dən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.
“Bu, təşkilat üzvü olan və insan hüquqlarına əməl olunmasına zəmanət verilməsinə borclu olan 47 ölkədən ən repressividir”, -bəyanatda qeyd edilir.