Azərbaycanın Almaniyadakı səfirliyi qarşısında aksiya keçirildi

Beynəlxalq Amnistiya Təşkilatı Bayram Məmmədov və Qiyas İbrahimlə bağlı kampaniyaya başlayır

Source:


Beynəlxalq Amnistiya Təşkilatı Bayram Məmmədov və Qiyas İbrahimlə bağlı kampaniyaya başlayır

İyulun 14-də Beynəlxalq Amnistiya Təşkilatı Azərbaycanın Almaniyadakı səfirliyi qarşısında Bayram Məmmədov və Qiyas İbrahimə təzyiqlərin dayandırılması və gənclərin azad olunması tələbi ilə aksiya keçirib.

Tədbirdə hər iki gənc məhbus üçün kitab, məktub və imza kampaniyası təşkil edib. Eyni zamanda, aksiyaların hər həftə keçiriləcəyi məlum olub.

Bayram Məmmədov və Qiyas İbrahim mayın 11-də həbs olunub. Onlar Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə ittiham olunsalar da, həbslərinin siyasi motivli olduqlarını bildirir və ittihamları rədd edirlər.

Gənclər Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən “vicdan məhbus” elan olunub.

Ana səhifəXəbərlərAzərbaycanın Almaniyadakı səfirliyi qarşısında aksiya keçirildi