Azərbaycanın adı yenə heroin partiyasının nəqlində hallanır

Rumıniyada müsadirə edilən 333 kq heroinin Azərbaycan, Gürcüstan, Türkiyə və Ukraynadan keçirildiyi deyilir

Source:


Rumıniyada müsadirə edilən 333 kq heroinin Azərbaycan, Gürcüstan, Türkiyə və Ukraynadan keçirildiyi deyilir

Rumıniyada Ukrayna ərazisindən Qərbi Avropaya gedən 333 kiloqram heroin daşıyan iki yük maşını saxlanılıb. Xəbəri “Associated Press” yayıb.

İyulun 29-da heroin yük maşınlarında aşkar edilib, onlardan biri Macarıstana, digəri isə Rumıniyanın Bıstritsa şəhərinə gedirmiş. İtlərin aşkar etməməsi üçün narkotiklərdən birinin üzəri bibərlə örtülüb.

İşlə bağlı iki Türkiyə və iki Rumıniya vətəndaşı saxlanılıb. Rumıniyanın polis şefi Klaudiu Kukunun sözlərinə görə, onlar 2011-ci ildən müşahidə altında idilər:

“Heroini, çox güman ki, Əfqanıstanda istehsal ediblər”.

RİA agentliyi isə bildirib ki, narkotik Azərbaycan, Gürcüstan, Türkiyə və Ukraynadan keçirilib.

İyunun 12-də Ukraynanın Təhlükəsizlik Xidməti Türkiyədən bitum rulonlarla (ruberoyd) bərə ilə Odessaya gətirilmiş 500 kq heroin müsadirə edib

2014-cü ilin iyulunda Azərbaycandan Gürcüstana daxil olarkən yuyucu vasitə adı altında kanistrlərə doldurulmuş 600 kq maye heroin, morfin və kodein daşıyan yük maşını saxlanılıb.

ABŞ Dövlət Departamentinin hesabatlarına əsasən, Azərbaycan Əfqanıstan narkotiklərinin Avropaya tranziti həyata keçirilən ölkələrdən biridir. Bu tranzitin illik həcmi onlarla tonla qiymətləndirir.

Ana səhifəMənim FikrimcəAzərbaycanın adı yenə heroin partiyasının nəqlində hallanır