Azərbaycanın ABŞ-dakı lobbiçisi günahını etiraf edib

Kemal Öksüz

Kemal Öksüz

Biznesmen konqresmenlərin Azərbaycana səfərinin maliyyələşməsi mənbəsini gizlədib

Azərbaycanın ABŞ-da lobbiçiliyi ilə məşğul olan türk əsilli biznesmen Kemal Öksüz beş il öncə konqresmenlərin Bakıya səfəri haqda Konqres təhqiqatçılarına yalan danışdığını boynuna alıb.

Azadlıq radiosunun xəbərinə əsasən, bunu ABŞ rəsmiləri deyiblər.

Ədliyyə Departamenti Kemal Öksüzün günahını dekabrın 10-da etiraf etdiyini bildirib. 

ABŞ Ədliyyə Nazirliyi Amerika və Avrasiya Türk Şurasının keçmiş rəhbəri Kemal Öksüzü 2013-cü ildə konqresmenlərin Azərbaycana səfərinin maliyyələşdirilməsi faktını gizlətməkdə ittiham edib. 

Virciniya ştatında Arlinqtonda yaşayan Kevin Öksüz kimi tanınan 48 yaşlı Kemal Öksüz konqresmenlərin Azərbaycana səfərindən öncə və sonra ABŞ Nümayəndələr Palatasının Etika Komitəsinə yalan söylədiyi bildirilir.

İttiham aktına görə, K.Öksüz konqresmenlərin Azərbaycana səfərinin onun təşkilatı tərəfindən maliyyələşdirildiyini və xarici mənbələrdən maliyyə vəsaiti almadığını deyib və bununla da o, səfərin tamamilə dövlətə məxsus olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vəsaiti hesabına maliyyələşdirilməsi sxemini qurub.

İttiham aktına görə, K.Öksüz mühüm faktları Etika Komitəsindən gizlətmək üçün saxtalaşdırma sxeminin hazırlayıb və dörd dəfə Konqresə yalan bəyanat verib.

Onun həbsinə order bu ilin əvvəlində verilib. Lakin o gizlənib və 2018-ci ilin sentyabrında Ermənistanda saxlanılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nelm68

Ən çox baxılan