”Azərbaycandan kənarda yaşaşıb, terror çağırışı edənlər beynəlxalq axtarışa veriliblər”

Ümumilikdə 21 cinayət işi açılıb

Source:


Ümumilikdə 21 cinayət işi açılıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra “terrorçuluğa açıq çağırış etmiş” şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib.

Məlumatı

Azərtac

yayıb.

Bildirib ki, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycandan kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib”.

Elmar Vəliyevə və onun mühafizəçisinə qarşı hücum iyulun 3-də baş verib. Hər ikisi yaralı halda xəstəxanaya yerləşdiriliblər. Sonradan E.Vəliyev İsrailə aparılıb.

Hadisə yerində, Rusiya vətəndaşı 1983-cü il təvəllüdlü Yunis Səfərov saxlanılıb.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti bəyanat yayaraq, hadisənin terror aktı olduğunu və həmin hadisəyə görə 3 nəfərin saxlanıldığını bildiriblər.

İyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında bir qrup vətəndaş aksiya etməyə cəhd edib. Polislə qarşıdurmada iki polis zabiti öldürülüb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə iştirakçılarından 11 nəfərin saxlanıldığı, birinin öldürülüdüyü bildirilib.

Ana səhifəXəbərlər”Azərbaycandan kənarda yaşaşıb, terror çağırışı edənlər beynəlxalq axtarışa veriliblər”