Azərbaycandan İrana zəvvarlar aparan sərnişin avtobusu qəzaya uğrayıb

Nəticədə sərnişinlərdən 3 nəfər aldıqları xəsarətlərdən hadisə yerində ölüb

Source:


Nəticədə sərnişinlərdən 3 nəfər aldıqları xəsarətlərdən hadisə yerində ölüb

Oktyabrın 13-də səhər saatlarında Biləsuvar rayonunda Azərbaycandan olan zəvvarları İran İslam Respublikasının Məşhəd şəhərinə aparan sərnişin avtobusu qəfildən idarəetməni itirərək aşıb. Nəticədə sərnişinlərdən 3 nəfər aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Daha 9 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 7-nə müvafiq ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxı

lıb. İki nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

APA-nin məlumatına görə, ilkin versiya kimi hadisə sürücünün sükan arxasında yatması səbəbindən baş verib. Ancaq qəzanın dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.

APA hadisə nəticəsində ölənlərin kimliyini dəqiqləşdirib: Neftçala rayon sakinləri – 1959-cu il təvəllüdlü Elşad Qəzənfər oğlu Məmmədov, 1961-ci il təvəllüdlü Afət Həsənağa oğlu Məhərrəmov və 1952-ci il təvəllüdlü Həbib Məhəmməd oğlu Məhərrəmovdur.

Fövqəladə Hallar Nazirliyinin qəza ilə bağlı yaydığı açıqlamada isə bildirilir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Astara yolunun 91-ci kilometrliyində  sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, avtomobildə olan 33 nəfər sərnişindən 3 nəfəri aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 10  nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar. Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla  avtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 07:30-da başa çatıb.

Ana səhifəXəbərlərAzərbaycandan İrana zəvvarlar aparan sərnişin avtobusu qəzaya uğrayıb