Azərbaycandan Gürcüstana keçən maşında 178 kiloqram heroin tutulub

Avtomobil İrandan Azərbaycana, buradan Gürcüstan və Ukraynadan keçərək Hollandiyaya gedəcəkmiş

Source:


Avtomobil İrandan Azərbaycana, buradan Gürcüstan və Ukraynadan keçərək Hollandiyaya gedəcəkmiş

Gürcüstan gömrükçüləri İrandan gələn yük maşınından 178 kiloqram heroin aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb.

İnformasiyaya əsasən, avtomobil İrandan Azərbaycana, buradan Gürcüstan və Ukraynadan keçərək Hollandiyaya gedəcəkmiş.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb. Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işini araşdırır.

Ana səhifəXəbərlərAzərbaycandan Gürcüstana keçən maşında 178 kiloqram heroin tutulub