Azərbaycandakı iqtisadi böhran Hadisəni də ”vurdu”

Quba şəhərindəki 5 ulduzlu otellərin biri ilə bağladığı 250 min dollarlıq müqavilə ləğv olunub

Source:


Quba şəhərindəki 5 ulduzlu otellərin biri ilə bağladığı 250 min dollarlıq müqavilə ləğv olunub

Azərbaycanda hazırda yaşanan iqtisadi böhran türk müğənnisi Hadisəyə də təsir edib.

Türkiyənin ”

radikal.com.tr

” saytının yazdığına görə, ən böyük gəlir qaynağı neft olan Azərbaycanda, neftin düşməsi ilə başlayan iqtisadi böhran və Azərbaycan pulunun 48 faiz dəyər itirməsi, yeni il proqramlarına da ciddi təsir göstərib.

Hadisənin yeni il konsertində iştirak etmək üçün Quba şəhərindəki 5 ulduzlu otellərin biri ilə bağladığı 250 min dollarlıq müqavilə ləğv olunub. Konsert üçün aldığı məbləği geri qaytaran Hadisə, yeni ildə Hatay şəhərində keçiriləcək konsert üçün müqavilə imzalayıb.

Ana səhifəXəbərlərAzərbaycandakı iqtisadi böhran Hadisəni də ”vurdu”