7 nəfər ölüb
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iyulun 13-də Azərbaycanda COVID-19-a daha 529 yeni yoluxma qeydə alınıb.
Koronavirusa yoluxmuş 547 nəfər sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 24 min 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 015 test aparılıb və ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 576 249-a çatıb.
Sonuncu dəfə gün ərzində sağalanların sayının yeni xəstələrin sayından çox olması apreldə qeydə alınmışdı. Sonradan karantin rejiminin yumşaldıması nəticəsində ölkədə virusa yoluxmanın sayı kəskin artmışdı.