Azərbaycanda yeni qanuna görə, kim jurnalist ola bilər?

2021-ci il dekabrın 30-da Azərbaycanda media haqqında yeni qanun qəbul edilib. Bu, qanun layihəsinin hələ Azərbaycan parlamentində müzakirəsi mərhələsində müstəqil jurnalistlərin yeni qanunun KİV-in fəaliyyətini kəskin məhdudlaşdıracağını bildirmələri və etirazları fonunda baş verib. Müstəqil jurnalistlər qanun layihəsinin Milli Məclisdə üçüncü oxunuşunadək parlament binası qarşısında qanunun mövcud vəziyyətdə qəbul edilməməsi tələbi ilə etiraz aksiyası keçiriblər. Buna baxmayaraq, qanun demək olar ki, hər hansı dəyişiklik olmadan qəbul edilib və ölkə prezidenti tərəfindən bu il fevralın 8-də təsdiq edilib. Bu yeni qanun jurnalistlərin qarşısında hansı məhdudiyyətləri qoyur. Bunu animasiya videosunda izah edirik.

Ana səhifəVideoAzərbaycanda yeni qanuna görə, kim jurnalist ola bilər?