Azərbaycanda yenə iki nəfər koronavirusdan öldü

“Bugünkü test sayı isə 5542-dir”

Source: Meydan TV


İnfeksiyaya 80 adam yoluxub

Oktyabrın 1-də Azərbaycanda 80 adam COVİD-19 infeksiyasına yoluxub, 114 nəfər sağalıb, 2 xəstə ölüb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 40 min 309 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 38 min 68 nəfər müalicə olunaraq sağalıb, 593 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1648 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 1 milyon 121 min 290 testin aparıldığı vurğulanıb:

“Bugünkü test sayı isə 5542-dir”

Ana səhifəSosialAzərbaycanda yenə iki nəfər koronavirusdan öldü