Azərbaycanda yenə 6 nəfər koronavirusdan ölüb

“Bu gün 4947 koronavirus testi aparılıb”.

Source: Reuters


491 nəfərdə infeksiyaya yoluxma qeydə alınıb

İyunun 21-də Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb, 6 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda hazırda 12 729 nəfər koronavirus infeksiyasına yoluxub:

“Onlardan 6799 nəfər müalicə olunaraq sağalıb, 154 pasient ölüb, 5776 adam isə xüsusi rejimli xəstəxanalarda müalicə olunur”.

Operativ Qərargah ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 422 min 49 test aparıldığını qeyd edib:

“Bu gün 4947 koronavirus testi aparılıb”.

Ana səhifəSosialAzərbaycanda yenə 6 nəfər koronavirusdan ölüb