Daha 4 nəfər həyatını itirdi
İyunun 14-də Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq evə buraxılıb, 4 xəstə isə ölüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu barədə yaydığı məlumatda Azərbaycanda hazırda 9957 nəfərin koronavirus infeksiyasına yoluxduğu bildirilib:
“Onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 pasient ölüb, 4255 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunur”.
Operativ qərargah bu gün 6087 koronavirus testi aparıldığını qeyd edib.