Azərbaycanda yay vaxtına keçid ləğv olundu

Hikmət Hacızadə: ”Mətbuat katibinin bir gün əvvəl fərqli açıqlama verməsi Nazirlər Kabinetinin səriştəsizliyindən və ordakı hərc-mərclikdən irəli gəlir”

Source:
Nazirlər Kabineti
Nazirlər Kabineti
Nazirlər Kabineti
Nazirlər Kabineti


Hikmət Hacızadə: ”Mətbuat katibinin bir gün əvvəl fərqli açıqlama verməsi Nazirlər Kabinetinin səriştəsizliyindən və ordakı hərc-mərclikdən irəli gəlir”

Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunur.

“APA-Economics” xəbər verir ki, Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir.

Ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib.

Qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.

Martın 16-da Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli APA-ya bildirmişdi ki, martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçidlə bağlı qərar qüvvədədir.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Siyasi şərhçi Hikmət Hacızadə Nazirlər Kabinetinin qərarını dəyişməsində siyasi motiv görmür.

Bu barədə Meydan TV-yə danışan Hacızadə bildirib ki, mətbuat katibinin bir gün əvvəl fərqli açıqlama verməsi Nazirlər Kabinetinin səriştəsizliyindən və ordakı hərc-mərclikdən irəli gəlir: “Bəlkə qərarı baş nazir verməyib, administrasiyadan göndəriblər. Azərbaycan bürokratiyasında hər gün belə hadisələr olur”.

Siyasi şərhçi hesab edir ki, yeni vaxta keçidin iki tərəfi var: “İqtisadi və insanların səhhəti, istər-istəməz qənaət edilir. İkinci, əqrəblər 1 saat qabağa çəkiləndə, yaşlı adamlar bundan çox əziyyət çəkir. Ona görə düz etdilər saxladılar”.

Ana səhifəXəbərlərAzərbaycanda yay vaxtına keçid ləğv olundu