Operativ Qərargah: "178 nəfər sağalıb, 3 nəfər vəfat edib"
İyulun 30-da Azərbaycanda 668 nəfər COVID-19 infeksiyasına yoluxub, 178 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, analiz nümunələri müsbət çıxan 3 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 343216 nəfərin yeni koronavirus infeksiyasına yoluxqeyd edib: "Onlardan 332752 nəfər müalicə olunaraq sağalıb, 5022 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 5442 nəfərdir".
O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9881, ötən müddətdə isə 4023954 testin aparıldığı göstərilib.