“Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlərin davam etdiyini görürük”

ABŞ-nin Avropa Şurası Nazirlər Kabinetindəki nümayəndəsi narahatlığını bildirib

Source:


AB


Ş


-nin Avropa


Şurası


Nazirlər Kabinetind


ə


ki n


ü


may


ə


nd


ə


si narahatl


ığı


n


ı


bildirib

Rəsmi Bakı yenidən Azərbaycan hökumətini Avropa Şurası Nazirlər Kabinetində sədrliyi nəzərə almaqla insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb. Bu barədə ABŞ-ın bu qurumdakı nümayəndəsi Kristofer Robinson bildirib.

“Biz ötən həftə vətəndaş fəallarının həbsi, təqib və barələrində çıxarılan hökmlərlə bağlı Avropa İttifaqının narahatlığına dair Azərbaycanın açıqlamasını eşitdik və Bakının açıqlaması ilə bağlı öz narahatlığımızı bildirməliyik. Biz Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlərin davam etdiyini görürük”, – Robinsonun bəyanatında deyilir.

O həmçinin ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin bəyanatına istinad edib. O qeyd edib ki, Azərbaycanda jurnalistlərin təqib olunması ölkədə KİV azadlığının vəziyyətini pisləşdirməkdə davam edir.

Vaşinqton Ermənistanın xeyrinə casusluqda ittiham olunan Rauf Mirqədirovun həbsindən dərin narahatlığını bildirib.

“Biz həmçinin aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa və onun həyat yoldaşı Arif Yunusa qarşı başlanmış istintaqdan çox narahatıq. Onlar dialoqun (ermənilərlə) qurulması ilə bağlı fəaliyyətdə (Rauf Mirqədirovun da iştirak etdiyi)  ittiham olunurlar.

Onlar Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məqsədilə dialoqu aktiv dəstəkləyiblər. ABŞ hər iki tərəfi dialoqun qurulması və ermənilərlə azərbaycanlılar arasında inam tədbirlərinin yaradılması üzrə səyləri dəstəkləməyə çağırır.

Nəhayət, ABŞ mayın 6-da NİDA fəallarına qarşı məhkəmə hökmündən “dərin narahatdır”. Gənclərin uzun müddətə azadlıqdan məhrum edilməsi siyasi motivli hesab olunur, onlara qarşı ittihamlar məhkəmə aktları ilə təsdiqlənməyib”, – bəyanatda vurğulanır.

Ana səhifəXəbərlər“Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlərin davam etdiyini görürük”