Azərbaycanda turizm fəaliyyəti üçün lisenziyalar ləğv olunub

Prezident İlham Əliyev bu barədə fərman imzalayıb

Source:


“Prezident İlham Əliyev bu barədə fərman imzalayıb”

Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən  “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə əksini tapıb.

İndiyə qədər turizm fəaliyyəti üçün 5500 manat dövlət rüsumu ödənilməklə Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alınıb. Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növü əksini tapmayıb.

Ana səhifəXəbərlərAzərbaycanda turizm fəaliyyəti üçün lisenziyalar ləğv olunub