Sağalanların sayı yoluxmanı üstələyib
Aprelin 17-də Azərbaycanda 2148 adam COVİD-19 infeksiyasına yoluxub, 2287 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu barədə məlumatında analiz nümunələri müsbət çıxan 30 nəfərin vəfat etdiyi qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indyə qədər 298 min 522 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 262 min 480 nəfər müalicə olunaraq sağalıb, 4107 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 31935 nəfərdir".
O cümlədən, ötən müddətdə 3 milyon 96 min 740 testin aparıldığı göstərilib:
"Bugünkü test sayı isə 14583-dür".