COVİD statistikası: ölkədə 39 nəfər ölüb, 2557 nəfər yoluxub

“Hazırda aktiv xəstə sayı 50 754 nəfərdir”.

Foto: Meydan TV


Hazırda aktiv xəstə sayı 50 754 nəfərdir

Avqustun 8-də Azərbaycanda 2 557 adam COVİD-19 infeksiyasına yoluxub, 3 592 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah analiz nümunələri müsbət çıxan 39 xəstənin vəfat etdiyini göstərib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 450 282 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5 959 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 50 754 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, bu günə qədər isə 4 593 820 testin icra olunduğu qeyd edilib.

Ana səhifəSağlıqCOVİD statistikası: ölkədə 39 nəfər ölüb, 2557 nəfər yoluxub