Azərbaycanda: Son sutkada koronavirusdan sağalma sayı yoluxmanı üstələyib

“Bugünkü test sayı isə 13070-dir”.

Source: Meydan TV


Analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib

Aprelin 24-də Azərbaycanda 1676 adam COVİD-19 infeksiyasına yoluxub, 2168 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 311 min 465 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 276 min 934 nəfər müalicə olunaraq sağalıb, 4342 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 30189 nəfərdir".

Qərargah vurğulayıb ki, ötən müddətdə 3 milyon 178 min 44 test aparılıb:

"Bugünkü test sayı isə 13070-dir".

Ana səhifəSağlıqAzərbaycanda: Son sutkada koronavirusdan sağalma sayı yoluxmanı üstələyib