Azərbaycanda son sutkada 431 nəfər virusa yoluxub

“Hazırda aktiv xəstə sayı 6 654 nəfərdir”.

Foto: Meydan TV


3 nəfərin vəfat etdiyi bildirilir

Avqustun 2-də Azərbaycanda 431 nəfər COVID-19 infeksiyasına yoluxub, 139 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 3 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 344 951 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 6 654 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 238, ötən müddətdə isə ümumilikdə 4 049 978 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda son sutkada 431 nəfər virusa yoluxub