3 nəfərin vəfat etdiyi, 201 nəfərin sağaldığı bildirilir
Fevralın 19-da Azərbaycanda 193 adam COVİD-19 infeksiyasına yoluxub, 201 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda testi müsbət çıxmış 3 nəfərin öldüyü bildirilib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 232 min 829 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 227 min 472 nəfər müalicə olunaraq sağalıb, 3193 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2164 nəfərdir".
Eyni zamanda ötən müddətdə 2 milyon 535 min 825 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 7215-dir".