Azərbaycanda son 44 ilin anomal hadisəsi təkrarlanıb

”Bu, Azərbaycanda əvvəllər o qədər də müşahidə edilən hal olmayıb”

Source:
foto trend.az
foto trend.az


”Bu, Azərbaycanda əvvəllər o qədər də müşahidə edilən hal olmayıb”

2016-cı ilin oktyabrında Azərbaycanın Aran rayonlarında son 44 ildə ilk dəfə qar yağıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə bildirib ki, bu 1972-ci ildən sonra ilk olub.

Oktyabrda Aran rayonlarına qarın yağmasını anomal hadisə sayan M.Həsənov bildirib ki, Azərbaycanda bu ayda yalnız dəniz səviyyəsindən 2000 metr yüksək olan ərazilərə qar yağıb:

“Ancaq oktyabrda dağətəyi rayonlarda da qar müşahidə edilib. Hətta Aran rayonlarına da qar yağdı. Böyük anomallıqdır. Oktyabrda ölkə ərazisinə düşən yağıntının miqdarı da normadan çox olub”.

M.Həsənov qeyd edib ki, baş verən bu anomallıqların səbəbi iqlim dəyişmələri, Azərbaycana qərb və şimal-qərbdən gələn hava kütlələridir: “Düzdür, belə hava kütlələri payız və qışda ərazimizə daxil olur. Lakin bu il həmin hava kütlələri ölkə ərazisində dayanıqlı hərəkət etdi. Buna səbəb isə atmosfer təzyiqidir. Təzyiq qurşaqları bir qədər az dəyişdi. Ərazimizdə bir neçə gün alçaq təzyiq müşahidə olundu. Alçaq təzyiqli hava olan ərazilərə yüksək təzyiqli hava kütlələri daxil oldu. Nəticədə, ərazimizə şimal-qərb və qərb istiqamətdən daha çox hava kütlələri gəldi. Bu, Azərbaycanda əvvəllər o qədər də müşahidə edilən hal olmayıb”.

Ana səhifəXəbərlərAzərbaycanda son 44 ilin anomal hadisəsi təkrarlanıb