Azərbaycanda siqaretlərin qiyməti artıb

Nazim Bəydəmirli: ”Əsas səbəb idxaldır”

Source:
Siqaret
Siqaret


Nazim Bəydəmirli: ”Əsas səbəb idxaldır”

Azərbaycanda satılan siqaretlərin qiyməti qalxıb. Bu artım satış nöqtələrində qeydə alınıb.

“Azadlıq Radiosunun” məlumatına görə, 2 manata qədər olan siqaretlərin hər qutusunda 20 qəpik, 2 manatdan baha olan siqaretlərin qutusunda isə 30 qəpik artım var.

İqtisadçı Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, aksiz vergilərin dərəcələri qalxdığı zaman siqaretlərin qiymətlərinin artacağı əminliyi yaranmışdı.

İqtisadçı-alim hesab edir ki, qiymətin artmasına əsas səbəb idxaldır.

“Çünki ölkə iqtisadiyyatı idxaldan asılıdır, həm də daxildə tütün məhsulları istehsal edən müəssisələr fermentləşmiş tütünü başqa ölkələrdən alırlar. Bu mənada monopoliya olan ölkədə məhdud sayda istehsalçının olması qiymətlərin optimallaşdırılmasına şərait yaratmır və süni qiymət artımı baş verir. İstehsalçı şirkət istənilən qiyməti diktə edir”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

İqtisadçı eyni zamanda qeyd edib ki, idxalda aksiz vergisi yüksək olduğu zaman daxili bazarı qorumaq adı ilə dövlət özü monopolist şirkətlərə dəstək olur, nəticədə qiymət artır.

“Digər amil vergilər xəttinin şəffaflığa təşəbbüs göstərilməsidir. Bu mənada “artan xərclər”i alıcının üzərinə yükləyirlər”.

Nazim Bəydəmirli bildirib ki, Azərbaycanda siqaretin qiyməti başqa ölkələrlə müqayisədə aşaığıdır.

“Amma orta əmək haqqına uyğun olaraq yüksək sayılmalıdır. 2019-cu ildən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılıb”.

Ana səhifəXəbərlərAzərbaycanda siqaretlərin qiyməti artıb