Azərbaycanda siqaret istehsalı azalıb

Ölkəyə idxal edilən siqaretin həcmi isə artıb

Source:

Siqaret
Siqaret


Ölkəyə idxal edilən siqaretin həcmi isə artıb

Bu ilin on ayında Azərbaycanda siqaret istehsalı 47,3 faiz azalıb.

Məlumatı “Turan” İA Dövlət Statistika Komitəsinə istinadən

yayıb.

Məlumatda bildirilir ki, ilk üç rübdə idxal qiymət ifadəsində 4,4 faiz azalıb.

Belə ki, yanvar-oktyabrda Azərbaycanda 748 mln ədəd siqaret istehsal edilib. İstehsal həcmi əmtəə ifadəsində 47,3%, qiymət ifadəsində 6,6% azalıb. İstehsalçıların siqaret satışından gəlirləri 30,5 mln manat olub.

“Turan” Gömrük Komitəsinə istinadən yazır ki, ölkəyə 7 mlrd 364,9 mln ədəd siqaret gətirilib. Bu isə ötən ilin on ayındakından 2,5 faiz çoxdur. Başqa sözlə, yerli istehsal azaldığı üçün tütün məmulatı bazarında idxalçıların mövqeyi möhkəmlənib.

Agentliyin qeyri-rəsmi şəkildə əldə etdiyi məlumata görə, tütün məmulatının qeyri-leqal dövriyyəsi istehlakın 10-15%-i qədərdir.

“European Tobacco-Baku” ASC “Turan”-ın istehsalın iki dəfə azalmasının səbəbi barədə yazılı sorğusuna cavab verməyib.

“Bu ilin martından müəssisəyə Toğrul Hacıyev rəhbərlik edir. T. Hacıyev əvvəllər Fövqəladə Hallar Nazirliyində işləyib. O, bu vəzifədə Milli Məclis üzvü, qanunvericiliyin tələbinə zidd olaraq kommersiya müəssisəsinə rəhbərlik edən Rüfət Quliyevi əvəz edib” – agentlik yazır.

Ümumi istehlakda idxal edilən siqaretlərin payı 90%-dir. Bir qutu siqaretin bəyan edilən qiyməti 29,9 sent olub. Bu, ötən ilin eyni dövründəkindən 32,7% ucuzdur.

Statistikaya görə, idxal edilən siqaretlər yerli istehsalçıların qiymətindən ucuzdur.

Agentlik yazır ki, pərakəndə satışda siqaretlərin qiyməti sabit deyil və istehlakçı davranışından asılı olaraq dəyişir. Bu ilin on ayında bir qutu siqaret ötən ilkindən 3,2% ucuzdur. Halbuki qiymətlər 55,8% bahalanıb.

“Hökumət siqaretin qanunsuz dövriyyəsi ilə bağlıonun idxalına aksiz dərəcəsinə yenidən baxmaq niyyətindədir. Siqaretin leqal idxalına üç şirkət nəzarət edir. Bəzi məlumatlara görə, onların bir hamisi var” – agentliyin məlumatında vurğulanır.

Hələ bir neçə ay öncə ölkə mətbuatı siqaret istehsalının azalma səbəblərini müzakirə edirdi. Həmin vaxt iqtisadçılar ölkədə siqaret istehsalının azalma səbəblərini “Sputnik”-ə şərh

ediblər

.

İqtisadçı Qubad İbadoğlu hesab edib ki, bu, tələbatın idxal ilə əvəz edilməsi ilə bağlıdır:

“Siqaret istehsalı azalıbsa, burada olan tələbat idxal ilə əvəz edilib. 2017-ci ilin ilk 4 ayında 2016-cı ilin ilk 4 ayı ilə müqayisədə tütün idxalında, təxminən 11 faiz artım var. İstehsalda 49 faiz azalma varsa, deməli, burada idxal ilə istehsal birlikdə istehlaka bərabər olmalıdır”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə düşünür ki, devalvasiyadan sonra xaricdən xammalın gətirilməsi sərfəli deyil:

“”Siqaret istehsalı üçün istifadə olunan tütünün böyük bir hissəsi xaricdən gətirilirdi və Azərbaycanda qablaşdırılırdı. Devalvasiyalardan sonra xaricdən xammalın gətirilməsi və burada istehsal olunması o qədər də sərfəli olmadı və ciddi şəkildə bununla bağlı problemlər yaşanmağa başladı”.

Ana səhifəXəbərlərAzərbaycanda siqaret istehsalı azalıb