26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündür.
Azərbaycan Silahlı Qüvvələri parlamentin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
2 il mövcud olmuş ADR dövründə üç müdafiə naziri olub – Xosrov bəy Sultanov, Fətəli xan Xoyski və Səməd ağa Mehmandarov.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. 1918-ci il iyunun 19-da ADR hökuməti ölkə ərazisində hərbi vəziyyət elan edib. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib, 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb. 1919-1920-ci illərdə Azərbaycan ordusu Lənkəran, Zəngəzur və Əsgəran qiyamlarını yatırdıb.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, ordunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib.
1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.
1998-ci ilə qədər Ordu Günü oktyabrın 9-da qeyd olunurdu. Bu, Azərbaycan Xalq Cəbhəsinin ilk könüllü batalyonlarının yaradılması ilə bağlı idi. 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
Hazırda Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.