Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb

Source:

Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2 faiz, sərnişindaşıma tarifləri isə 0,8 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən

Lent.az

-a verilən məlumata görə, hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,9 faiz, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunub. Yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 4,2 faiz ucuzlaşsa da, yükdaşıma tarifləri sabit qalıb.

Dəniz nəqliyyatında yükdaşıma tarifləri MDB və digər xarici ölkələr üzrə müvafiq olaraq 30,2 və 32,2 faiz bahalaşıb. Sərnişindaşıma tarifləri isə sabit qalıb.

Ana səhifəXəbərlərAzərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb