Azərbaycanda şənbə günü koronavirusdan 29 nəfər vəfat edib

Foto: Meydan TV

“6963 adam müalicə olunaraq sağalıb”

Fevralın 19-da Azərbaycanda 3690 adam COVID-19 infeksiyasına yoluxub, 6963 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 29 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 771 min 709 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 727 min 828 nəfər müalicə olunaraq sağalıb, 9 min 211 pasiyent ölüb. Aktiv xəstə sayı 34 min 670 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 215, bu günə qədər isə 6 milyon 473 min 728 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda şənbə günü koronavirusdan 29 nəfər vəfat edib